Pensiya ilə bağlı YENİLİK - Bu şəxslərə aylıq əlavə veriləcək

"Əmək pensiyaları ilə bağlı qanun layihəsi Milli Məclisdə üçüncü oxunuşda qəbul edilib. Sənəd Prezident tərəfindən imzalandıqdan sonra qüvvəyə minəcək. Yeni dəyişikliklər xüsusi şərtlərlə pensiya hüququ olan şəxslərin, o cümlədən hərbçilərin, deputatların və bir sıra dövlət qurumlarının əməkdaşlarının pensiya təminatına təsir edəcək".
Avtosfer.az xəbər verir ki, bunu baku.ws-ə açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib.
Deputatın sözlərinə görə, yeni mexanizm çərçivəsində həmin şəxslərin pensiyası hesablanarkən onların fərdi pensiya hesablarında toplanmış kapital nəzərə alınacaq və müəyyən edilmiş qaydada hesablanan məbləğin üzərinə aylıq əlavələr də tətbiq olunacaq:
"Bu yanaşmanın məqsədi xüsusi şərtlərlə pensiyaya çıxan vətəndaşların pensiya təminatını daha da yaxşılaşdırmaqdır. Mövcud sistemdə bəzi kateqoriyalardan olan şəxslərin pensiyası əməkhaqqının müəyyən faizi əsasında hesablanırdı. Yeni qaydalar qüvvəyə mindikdən sonra isə pensiya kapitalı və aylıq əlavələr də hesablamada rol oynayacaq. Nəticədə, şəxsin topladığı pensiya kapitalından və ona tətbiq edilən əlavələrdən asılı olaraq, pensiya məbləği daha yüksək ola bilər.
Məsələn, vətəndaşın fərdi pensiya hesabında 100 000 manat pensiya kapitalı toplandığını nəzərə alaq. Bu məbləğin 85 faizi hesablamaya daxil edilərsə, 85 000 manat əsas götürüləcək. Həmin vəsait 144-ə bölünəcək və alınacaq məbləğin üzərinə aylıq əlavənin də gəlməsi nəzərdə tutulur.
Aylıq əlavələrin hansı məbləğdə müəyyənləşdiriləcəyi və konkret hesablanma mexanizmi isə hələ dəqiqləşdirilməyib. Müvafiq qaydaların Nazirlər Kabineti tərəfindən hazırlanaraq təsdiqlənməsi gözlənilir.
Qanun layihəsində dəyişikliklərin oktyabrın 1-dən tətbiq olunması nəzərdə tutulduğundan, sənəd imzalanaraq qüvvəyə mindikdən və müvafiq qaydalar təsdiqləndikdən sonra əhatə olunan şəxslərin pensiyalarının yeni mexanizm əsasında hesablanmasına başlanıla bilər".
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












