Sakinlərin NƏZƏRİNƏ: Bu ərazidə işıq olmayacaq

Bu gün Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan Transformator Məntəqəsində (TM) təmir, 10 kV-luq hava xətləri üzrə isə naqillərin yenilənməsi işləri aparılacaq. Həmçinin Abşeron RETSİ-nin xidməti ərazisində 35/10 kV-luq “Masazır” yarımstansiyasından çıxan 10 kV-luq “Şəhər-2” hava xəttində təmir işləri həyata keçiriləcək.
Avtosfer.az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.
Görüləcək işlərlə əlaqədar Yasamalda saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Əbdürrəhim bəy Haqverdiyev, Əhməd Cəmil, Müzəffər Həsənov, Ümid Əkbərov, Zahid Xəlilov küçələrinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
Həmçinin 10 kV-luq elektrik xəttində yenidənqurma işləri aparılarkən planlı fasilə saat 08:00-dan 18:00-dək Xaqan Dadaşov, Kamal Rəhimov, Murad Mirzəyev, Mir Möhsün Nəvvab, Nazim Hacıyev, Rahib Tağıyev, Ümid Əkbərov küçələrinin bəzi ərazilərini əhatə edəcək.
Abşeron rayonu Masazır qəsəbəsində Azadlıq, İstiqlaliyyət, Qara Qarayev, Sahil küçələri, Zəngilan şəhərciyinin bir sıra yerlərində saat 10:00-dan 13:00-dək enerjinin verilişində qısa müddətli fasilə yaranacaq.
Təmir və yenidənqurma işləri yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
İşəgötürən işçini hansı hallarda işdən çıxara bilər? – HÜQUQŞÜNAS
Məktəblərin maliyyələşməsində yeni dövr: Hansı yeniliklər olacaq?
Bəzi ərazilərdə qaz olmayacaq - YENİLƏNİB
Məcburi köçkün statusu alan kişiləri hansı güzəştlər gözləyir? – HÜQUQŞÜNAS
Müəssisələrə yerləşdirilən uşaqların ailələrinə qaytarılması necə həyata keçirilir? – HÜQUQŞÜNAS
Bakıda avtobus zolağı sürücüləri çaşdırır: Xətlər görünmür, cərimə yazılır - VİDEO
Sosial mediada hansı hərəkət və danışıqlar qanun pozuntusu hesab edilir? - HÜQUQŞÜNAS
Zelenskinin cəbhə xətti ilə bağlı qərarı ABŞ ilə münasibətlərə necə təsir edəcək? – TƏHLİL
Preferensial Ticarət Sazişi siyahısında olan məhsullar niyə bahalaşır? – NATİQ CƏFƏRLİ
Gəncədə avtomobil piyadanı vurub, vəziyyəti ağırdır
Metroda gediş haqqı artırılacaq? - RƏSMİ












