Uşaqlara kolbasa və sosis verməyin - Pediatrdan valideynlərə çağırış

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) kolbasa və digər emal olunmuş ət məhsullarının sağlamlığa təsirini spirtli içkilər və tütün məmulatları ilə eyni səviyyədə qiymətləndirir. Mütəxəssislərin fikrincə, bu məhsulların müntəzəm istifadəsi ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Marqarin yağının istehsalı artır; bu məhsul niyə təhlükəlidir? – MÜTƏXƏSSİS AÇIQLADI
Qeyd edək ki, kolbasa, sosis kimi məhsulları təkcə böyüklər yox, uşaqlar da çox yeyir. Bu baxımdan kolbasanın uşaqlar üçün hansı təhlükəsi var?
Avtosfer.az-ın məlumatına görə, mövzu ilə bağlı Redaktor.az-a açıqlamasında pediatr-infeksionist Həmid Hacıağayev bildirdi ki, kolbasa məhsulları uşaqların orqanizmi üçün ciddi risklər yaradır:
“Kolbasa və oxşar məhsullar yüksək miqdarda duz, yağ, istiot və digər ədviyyatlar ehtiva edir. Bu maddələr uşağın bədəninə əlavə yük yaradır və sağlam inkişaf prosesinə mənfi təsir göstərir. Hazırda ət sənayesində məhsulun dadını, görünüşünü və saxlanma müddətini artırmaq üçün çoxsaylı qida əlavələrindən istifadə olunur. Xüsusilə dondurulmuş ət xammalından hazırlanan məhsullarda müxtəlif kimyəvi maddələrdən istifadə edilir. Bu maddələr hazır məhsulun orqanoleptik xüsusiyyətlərini yaxşılaşdırsa da, uşaqların orqanizmi üçün təhlükəlidir.”
Həkimin sözlərinə görə, kolbasa məhsullarının uşaqların qida rasionunda yer alması bir sıra metabolik dəyişikliklərə səbəb olur və bu, gələcəkdə ciddi xəstəliklərin inkişaf riskini artırır:
“Bu məhsullar piylənməyə, maddələr mübadiləsinin pozulmasına, mədə-bağırsaq sistemi və dayaq-hərəkət aparatında patologiyaların artmasına gətirib çıxara bilər. Erkən yaşlardan uşaqlarda duzlu və ədviyyatlı yeməklərə alışqanlıq formalaşır ki, bu da sağlam qidalanma vərdişlərinin yaranmasına ciddi maneə törədir. Uşaqlar üçün nəzərdə tutulan ət məhsullarında fosfatlar, dad artırıcılar (qlutamatlar), süni rəngləyicilər, konservantlar (benzoik və sorbin turşuları və onların duzları) kimi maddələr olmamalıdır. Bu maddələrsiz kolbasa istehsalı faktiki olaraq mümkün deyil. Valideynlər bilməlidir ki, "sağlam kolbasa" və ya "uşaqlar üçün zərərsiz kolbasa" anlayışı mövcud deyil. Bu məhsulların uşaqların qida rasionuna daxil edilməsi düzgün deyil".
Sonda pediatr valideynlərə çağırış edərək qeyd etdi:
“Uşaqların sağlam gələcəyi üçün kolbasa və bu kimi emal olunmuş ət məhsullarından uzaq durmaq lazımdır. Hətta böyüklər üçün də bu məhsulların istifadəsi tövsiyə edilmir”.
Metroda gedişhaqqı ilə bağlı SON DƏQİQƏ - Artırıldı?
Bu marşrut xətləri yeni sistemlə işləyəcək
Azyaşlıya zorakılıq iddiası: Oksana Rəsulova polisə müraciət etdi - VİDEO
Sumqayıtda kanalizasiya suyu məhəlləyə yayılıb – ŞİKAYƏT - FOTO
Erməni dilinin Azərbaycandakı universitetlərdə tədrisi niyə vacibdir? - AÇIQLAMA
Sumqayıtda məhəllənin ortasındakı zibil konteyneri təmizlənmir – ŞİKAYƏT - FOTO
Azərbaycanda bu şəxslərin pensiyası yenidən ARTIRILACAQ
Bakı metrosunda dəyişiklər dərslərin başlanma saatlarına təsir edəcək?
Sənədsiz evdə yaşayanlara VACİB XƏBƏR: Qeydiyyata düşmək üçün...
Millət vəkili: İctimai nəqliyyatda tələbələr üçün güzəşt sistemi YARADILMALIDIR
Yeni metro keçidi hansı ərazidə tikilir? - Rəsmi məlumat










