14 zolaqlı yolun 13-cü zolağında qəzaya düşmək riskini kim yaradır? - ŞƏRH

Dünən Aeroport yolunda ana və oğlunun öldüyü qəza yerindən 500 metr kənarda piyada keçidi var. Amma piyadalar bu keçiddən istifadə edib yolu o yana-bu yana keçmək üçün 1500 metr yol qət etməlidirlər.
Dünənki qəzada ölənlər və yaralanan şəxs 14 zolaqlı yolun 13-nü keçə bilmişdi, ən sonuncu zolaqda isə maşın vurdu. Bir maşın dayanıb yol verib, o biri də görməyib ən son zolaqda vurub...
Odur ki, "heç nə olmaz", "yol uzaqdır" deyib özümüzü təhlükəyə atmayaq. Hadisə olanda bir dəfə olur.
Ayağım ağrıyır deyib keçiddən keçməyən insanlar tanıyıram ki, maşın vurub, indi o ağrıyan ayaqları da yoxdur, evdə əlil arabasında oturub yola boylanır, "kaş ki, keçiddən keçərdim" deyib olmayan ayaqlarını xəyalən köksünə sıxıb ağlayır...
Yolumuzu uzadanların isə Allah yolunu o qədər uzatsın ki, sürünə-sürünə getsinlər. Ukrayna dairəsində otelə oxşayan piyada keçidi tikincə həmin pulla Heydər Əliyev prospektində yüngül konstruksiyalı 3 keçid tikmək olardı. Gedək Ukrayna dairəsində həmin keçidin olduğu yeri də müayinə edək, Heydər Əliyev prospektində qəza riskli yerləri də. Təhlükəlilik dərəcəsini müəyyən edib sonra keçid tikmək lazımdır ay kolxoz sədri və zootexnik...
Elməddin Muradlı
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










