Reklam

"28 May"da nə baş verir: polis polkovnikindən açıqlama – FOTO

Yazarlar 21 İyun 2019 11:45 Oxunub 1886
"28 May"da nə baş verir: polis polkovnikindən açıqlama – FOTO
WhatsApp kanalımıza abunə ola bilərsiniz
"Günün pik saatlarında iriölçülü avtomobillərin hərəkəti yolverilməzdir"

Bakının "28 May" metrostansiyasının yaxınlığında, Şamil Əzizbəyov küçəsi 158 ünvanında restavrasiya işləri bir müddətdir ki, davam edir. Yenidənqurma və tikinti-bərpa işləri ilə əlaqədar olaraq günün pik vaxtlarında bir neçə iriqabaritli avtomobilin əraziyə cəlb olunması qeyd olunan ünvanda, yəni Heydər Əliyev Sarayına doğru istiqamətlənən yolda nəqliyyat vasitələrinin sıxlığına, piyada və sürücülərin narahatlığına səbəb olur. Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının "Nəqliyyatın hərəkətinin təkmilləşdirilməsi" haqda 2015-ci ildə verilən qərarında isə iriölçülü avtomobillərin hərəkətinin məhdudlaşdırılması haqda müddəalar əksini tapıb. Həmin qərarda çəkisi 5 tondan artıq olan yük avtomobillərinin gündüz vaxtlarında şəhərdə hərəkətinin məhdudlaşdırılmasıı vurğulanır.

Avtosfer.az xəbər verir ki, bu barədə tikinti və daşınmaz əmlak məsələləri üzrə ekspert Nüsrət İbrahimli sputnik-ə açıqlamasında "28 May" metrostansiyasının qarşısında yaranan bu halın qanuna zidd olduğunu bildirib: "İriölçülü avtomobil vasitələrinin gündüz vaxtlarında yollarda hərəkəti məhdudlaşdırması düzgün deyil. Yəni camaatın sıx hərəkət etdiyi bir vaxtda, günün pik saatlarında belə avtomobillərin hərəkəti yolverilməzdir. Bu səbəbdən də tikinti işlərini gecə saatlarında görmək məsləhətdir".

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov isə Sputnik Azərbaycan-a açıqlamasında təmir-bərpa işlərinin özbaşına həyata keçirilmədiyini vurğulayıb: "Təbii ki, bu işlər razılaşdırılmış qaydada görülür. Yəqin ki, qeyd etdiyiniz ərazidə aparılan restavrasiya ilə əlaqədar olaraq da razılaşma var. Ərazidə bu işləri görən şirkət təhlükəsizliklə bağlı tədbirləri görüb".

"Nazirlər Kabinetinin qərarı ilə tutumu 5 tondan artıq olan nəqliyyat vasitələri günün qaranlıq vaxtlarında hərəkət etməlidir. Lakin burada da müəyyən istisna halları var. Belə olan halda yalnız qəza-bərpa işlərində istifadə olunan nəqliyyat vasitələrinin və xüsusi təyinatlı avtomobillərin fəaliyyətinə icazə verilir. Həmin ərazidə də aparılan tikinti ilə əlaqədar olaraq iri yük maşınlarından istifadə edilməlidir. Yük avtomobilləri olmadan necə tikinti aparmaq mümkün ola bilər?" – deyə V.Əsədov bildirib.

O bu cür tikinti və təmir-bərpa işləri ilə əlaqədar olaraq sürücüləri daim məlumatlandırdıqlarını da açıqlayıb: "Bu cür hadisələrlə bağlı bizə də məlumat daxil olduqda sürücüləri xəbərdar edirik".

ŞƏRH YAZ
Ad

E-mail

Şərh