3 gündür ki, metroya minmək olmur...

Universitetlərdə ikinci semestr başlayandan sonra metrodakı sıxlıqla bağlı narazılıqlar yenidən artmağa başlayıb. Xüsusilə də günün pik saatlarında qatara minə bilməyən sərnişinlər sosial şəbəkələrdə bununla bağlı şikayətlərini bildirir. Qeyd olunur ki, istər qatarda, istərsə də platformalarda ürək zəifliyi, müxtəlif xəstəliyi olan şəxslərin halı tez-tez pisləşir.
Avtosfer.az xəbər verir ki, Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məsələylə bağlı “Qafqazinfo”ya bildirib ki, qatarlar arasındakı intervalı 2 dəqiqədən aşağı salmaq hazırkı vəziyyət üçün mümkünsüzdür:
“Hazırda metro payız-qış qrafikinə uyğun işləyir və qatarlararası interval üçün ən minimal hədd 2 dəqiqədir. Hətta biz qatarların sayını artırsaq belə, bu intervala toxuna bilmərik. Gələcək inkişaf strategiyamızda bu məsələnin həlli üçün planlar var. Ancaq bunun üçün yaşıl və qırmızı xətlər ayrılmalıdır. Hazırda “Həzi Aslanov-2” və bənövşəyi xətdə tikinti davam etdirilir. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən problemlərin həll olunması gözlənilir”.
Xatırladaq ki, bu səhər metronun N. Nərimanov stansiyasında ölüm hadisəsi baş verib. Ürəktutmasından vəfat edən 58 yaşlı sərnişin Hidayət Ömərovun da halının metrodakı sıxlıqdan pisləşdiyi deyilir.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












