92 markalı yanacaq avtomobilin mühərrikini sıradan çıxarır - Elçin Abbasov

Son zamanlar sürücülər arasında yanacağın keyfiyyətilə bağlı narazılıqlar artmağa davam edir. Avtosfer.az bu mövzuya aydınlıq gətirmək üçün bir araşdırma edib.
Məlumdur ki, ölkəmizdə 92 və 95 markalı benzinin tərkibləri olduğu kimi qiymətləri də fərqlidir. Bahalılığına görə əksəriyyət 95 benzininə üstünlük vermir, qənaət üçün 92 istifadə edir. Avtomobil üzrə mütəxəssiz Elçin Abbasov bildirir ki, sürücülər benzinin puluna qənaət edərkən avtomobillərinə ziyan vururlar:
“Azərbaycana gətirilən avtomobillər üçün tələb olunan odur ki, onun yanacağı avro 4 standartına uyğun olsun, 92 benzini isə bu standarta cavab vermir, ona görə də 95 istifadə etmək tövsiyyə olunur”.
92 yanacağının tərkibində kükürd 95-dən daha çoxdur. Kükürd mühərrikin daxilində yandıqda kükürd oksidləri əmələ gəlir ki, bu da buxarla reyaksiyaya daxli olduqda turşular əmələ gətirir.
Bunlardan ən ağır nəticə verəni isə sulfat turşusudur. Bu turşular bütün metallara pis təsir göstərir, onları aşındırır və sıradan çıxarır.
Hətta avtomobili idarə edərkən pis qoxu da gələ bilər, bu da kükürd birləşmələrinin qoxusudur. Buna görə də mütəxəssislər avtomobillərdə 92-ə icazə verilsə də 95 istifadə etməyi məsləhət görürlər.
Sürücülər bəzən yalnız 95-ə yararlı olan avtomobillərə də 92 ilə 95-i qarışdırıb tökürlər. Elçin Abbasov bu mövzuya da aydınlıq gətirib: “92 ilə 95 yanacağını bir-birinə qarışdırmaq olur. Sadəcə böyük bir fərq ortaya çıxmayacaq. Qarışımdan ortaya çıxan yanacağın oktan ədədi 95-dən az 92-dən çox olacaq”.
Sürücülər arasında belə bir fikir də var ki, 95 yanacağıyla 92-ə nisbətən daha uzun yol getmək olur. Mütəxəssiz bildirir ki, bu fikir qismən doğrudur, amma qiymət baxımından elə böyük bir fərq etmir.
Aysel
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












