Açıq havada maska taxmamağa görə yazılan cərimələr necə ləğv edilə bilər? - QAYDALAR

“Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsi normativ hüquqi aktlarla bağlıdır. Həmin maddənin 7-ci bəndində bildirilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir”.
Bu sözləri açıqlamasında hüquqşünas, Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev deyib. O bildirib ki, vətəndaşlar açıq havada maska taxmamağa görə yazılmış protokollarla bağlı iddia qaldıra bilər:
“Əgər hər hansı bir dövrdə inzibati xəta və yaxud hər hansı bir hüquqazidd əməl hesab olunursa və sonradan həmin xəta ləğv olunursa, bunun hüquqazidd əməl olması aradan qaldırılırsa, bu halda əvvəlcədən verilmiş cəzalar icra olunmayıbsa, vətəndaşın vəziyyətini yaxşılaşdıran hal kimi ona tətbiq oluna bilər. Bu da İnzibati Xətalar Məcəlləsində 11-ci maddə ilə tənzimlənir. Həmin maddə Azərbaycan Respublikasının İnzibati Xətalar qanunvericiliyinin qüvvəsini nəzərdə tutur. Bu maddəyə görə, Azərbaycan Respublikasında inzibati xətalar haqqında işlər üzrə qərarların qəbul və icra edilməsi həmin vaxtda qüvvədə olan qanunvericiliyə uyğun formada həyata keçirilir. Yəni inzibati icra başlayıbsa, həmin vaxtı inzibati xəta ilə bağlı məsuliyyət qüvvədə olmalıdır. İnzibati xətalara görə məsuliyyəti yüngülləşdirən və ya onu aradan qaldıran normativ hüquqi aktların geriyə qüvvəsi var. Həmin aktlar onların qüvvəyə mindiyi vaxtadək törədilmiş, həmçinin inzibati tənbeh tətbiq etmə haqqında qərarı tam icra olunmamış xətalara da şamil edilir.
Buradan da belə nəticə çıxır ki, söhbət əgər açıq havada maska istifadə etməməyə görə yazılmış cərimələrdən gedirsə, hazırda açıq havada maska istifadə etməməyə görə cərimə nəzərdə tutulmayıbsa, bu halda həmin inzibati xəta ilə bağlı protokol tərtib olunmuş vətəndaşlar cərimənin ləğv olunması ilə bağlı məhkəmədə iddia qaldıra bilərlər”.
///Ölkə.az
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











