Banner

"Alternativ yolların işə salınmaması insanların əziyyət çəkməsi ilə nəticələnir" - Ekspert

Yazarlar 13 Aprel 2023 13:09 Oxunub 1048
"Alternativ yolların işə salınmaması insanların əziyyət çəkməsi ilə nəticələnir" - Ekspert
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Azərbaycanın paytaxtı Bakıda 28-30 aprel tarixlərində Formula 1 yarışları keçiriləcək. Formula 1 Azərbaycan Qran Prisinə hazırlıq çərçivəsində trekin keçdiyi yollarda tikinti-quraşdırma işləri davam etdirilir. Məlumata görə, Azadlıq prospektinin Neftçilər prospekti ilə kəsişməsi nəqliyyatın hərəkəti üçün bağlı olacaq.


Nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, yolların bağlanması ilə əhalinin sərbəst hərəkətində müəyyən məhdudiyyətlərin yaranmasına səbəb olacaq:

"Yolların bağlanması əhalinin sərbəst hərəkətində müəyyən problemlər yaradır. Nəqliyyatın sıxlığı başqa küçələrə gedib çıxmasına səbəb olur. Nəticədə, ətraf mühitin çirklənməsi baş verir, insanların əsəbləri korlanır, vaxt itkisinin yaranması, işə və dərsə gecikmələrin olması, bunlar hamısı iqtisadi zərərdir. İnsanların vaxtında işə çata bilməməsi onların iş potensiallarının aşağı düşməsi ilə nəticələnir. Məsələn, dərsə gecikən müəllim yaxşı dərs keçə bilmir. Bu kimi neqativ tərəfləri mövcuddur."- deyə Elməddin Muradlı  bildirib.

Ekspert əlavə edib ki, yaranacaq tıxacların qarşısının alınması üçün alternativ yolların səmərəli şəkildə təşkil olunması lazımdır:

"Formula 1 yarışı ilə bağlı bu müvəqqəti məhdudiyyətdir. Sadəcə, səbirli şəkildə bu situasiyanı stabil vəziyyətdə saxlamalıyıq. Yalnız bir qüsur var ki, aidiyyatı qurumlar bir iş görəndə digər işləri unudurlar. Alternativ yolların işə salınması, orada hərəkətin intensivliyini təmin etmək və s. kimi işlər yaddan çıxır. Məsələn, bəzi küçələrdə bunu etmək mümkün olur , lakin maraq, nəzarət olmur deyə işlər yarımçıq şəkildə qalır. Bu vəziyyət insanların əziyyət çəkməsi ilə nəticələnir."- deyə Elməddin Muradlı söylədi.

 Formula-1 ( Formula One World Championship) açıq təkər tipli avtomobillərin dövrəvi avtoyürüşləri üzrə dünya çempionatıdır. Formula-1 üzrə dünya çempionatı hər il keçirilir və Qran Pri statusu daşıyan ayrı-ayrı mərhələlərdən ibarət olur.


İlk dünya çempionatının birinci yarışı 1950-ci il mayın 13-də Böyük Britaniyanın Silverstoun trasında baş tutmuşdu. Formula 1-ə rəhbərlik edən FOM şirkəti ilə Bakı yarışlarını təşkil edən Baku City Circuit arasında müqavilənin imzalanmasından sonra 2016-cı ildən hər il Bakı Formula 1 yarışlarına sahiblik edir.

24 Media.Az

 

ŞƏRH YAZ
Ad

E-mail

Şərh