Avtobusda qəzaya düşən sərnişinlər sığortadan necə yararlana bilər? - Qaydalar

Sərnişinlərin icbari fərdi qəza sığortası son dövrlərdin aktual mövzusuna çevrilib. Bu sığorta növü sərnişin daşımaları xidmətini həyata keçirən hava, su, dəmiryolu və avtomobil nəqliyyatı vasitələrində olan sərnişinlərin həyatına və sağlamlığına sığorta hadisəsi nəticəsində zərər dəyməsinə görə sığorta təminatının verilməsi məqsədi ilə tətbiq edilir. Bu sığorta növü icbaridir, yəni məcburi xarakter daşıyır. Lakin məsələnin maraqlı tərəfi ondan ibarətdir ki, "İcbari sığortalar haqqında qanunun 65.3-cü maddəsinə əsasən, şəhərdaxili və ya qəsəbədaxili sərnişin daşıyan nəqliyyat vasitələrinin sahiblərinə şamil edilmir.
Amma bu o demək deyil ki, şəhərdaxili qəzalarda vətəndaş kompensasiya almayacaq. Bunun da tənzimlənməsi ondan ibarətdir ki, avtonəqliyyat vasitələrinin mülkü məsuliyyətinin icbari sığortasında nəzərdə tutulan 5 min manat sağlamlığa dəymiş ziyan üzrə kompensasiya şəhərdaxili nəqliyyatda xəsarət hallarına görə kompensasiyadan yararlanmaq mümkündür. Hətta qeyd etmək lazımdır ki, şəhərlərarası və ya şəhərdaxili nəqliyyatda xəsarət və ya ölüm halı baş verərsə, bu zaman avtobusun sığortası olmadığı hallarda da sığorta kompensasiyasını almaq mümkündür. Bu zaman İcbari Sığorta Bürosu tərəfindən həmin zərərləri qarşılamaq vəzifəsi "İcbari Sığortalar haqqında qanunda" əks olunub.
Sığorta kompensasiyası xəsarətin dərəcəsindən asılı olaraq yüngül -750 manat, az ağır - 1500, ağır və ya əlillik dərəcəsi müəyyən olunarsa 3000, ölüm halında 5000 manat kompensasiya nəzərdə tutulur.
İlkin
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










