Avtobusdan düşüb yola qaçan piyadaları qəzadan qorumaq üçün - TƏKLİF

Azərbaycanda piyadavurma hadisələrinin baş verməsində avtobusdan düşən kimi ön tərəfdən və qaçaraq yola çıxanların və ya, elə yeriyərək avtobusun qabağından yola çıxanların avtomobillə vurulması hallarının da rolu az deyil. Bəzi sürücülər bir qədər ayıq tərpənərək avtobus dayanan kimi sürəti azaldır. Lakin təcrübəsiz sürücülər sürətlə avtobusun yanından keçərkən qəflətən qarşısına çıxan piyada vurur. Vurmamaq üçün isə ya sükanı qaçırıb soldakı maşınlarla, ya da elə avtobusun özü ilə toqquşur. Piyada isə sağ-salamat əlini-qolunu sallayıb çıxıb gedir.
Düşünürəm ki, Bakı Nəqliyyat Agentliyi və digər daşıyıcı şirkətlər avtobus sürücülərinə müəyyən incəlikləri izah edib bəzi qabaqlayıcı tədbirlər həyata keçirə bilər ki, bununla da piyadavurma hadisələrinin qarşısı müəyyən qədər alınmış olar. Məsələn, avtobus sürücülərinə izah etmək olar ki, vtobus hər dayanacağa çatanda sürücü elan etsin ki, avtobusdan düşənlər yolu avtobusun arxasından keçsin, yolu qaçaraq keçmək olmaz və s.
"BakuBus" avtobuslarında mikrofonlar var, digər yeni avtobuslarda da mikrofon olduğunu eşitmişəm. Lap mikrofon olmadan da sürücü avtobusdan düşən sərnişinlərə bunu elan etsə, ən azından uşaqlar, yaşlı insanlar, vecsiz, başı telefona qarışan cavanlar heç olmasa bu elanı eşidib özlərini yığışdırar.
Nəzərə almaq lazımdır ki, piyadavurma hadislərinin sayı hər il daha da çoxalır. Ümumi yol qəzalarının 65 faizini piyadavurmalar təşkil edir. Düşünürəm ki, ən xırda davranışları belə insanların qulağına qışqıraraq deməkdən başqa çıxış yolu qalmır. Hər şeyi sıfırdan başlamalı da olsaq nəsə etməliyik. Avtobuslarda bu yeniliyi tətbiq etməklə insanların şüuruna təsir edə bilərik. Necə ki, metroda müxtəlif elanlar səslənir, avtobuslarda da bunu etmək olar. Sürücülər özlərinə əziyyət vermək istəməsə hansısa səsyazısı ilə avtomatik rejimdə bunu etmək olar ki, hər dəfə avtobus dayanacağa yaxınlaşanda səslənsin. Məncə, çox yaxşı effekti olar.
Elməddin Muradlı
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










