Avtomobil bazarında qiymətləri bahalaşdıran alverçilərdir - Ekspert

Bildiyiniz kimi, bir müddət əvvəl Dövlət Gömrük Komitəsi buraxılış ili 10 ildən çox olan avtomobillərin Azərbaycana gətirilməsini qadağan edən qərar qəbul edib. Sözügedən qərardan sonra avtomobil bazarında qiymət artımı müşahidə olunsa da, canlanma, yəni satış azalıb.
Təbii ki, bunun səbəbi qiymətlərin alıcıların cibinə uyğun olmamasıdır.
Məsələ barədə abc.az-a danışan ekspert Elmədddin Muradlı hesab edir ki, hökümətin bu qərarı ölkəyə köhnə avtomobillərin gətirilməsinin qarşısını almağa xidmət edir.
Hökumət hesab edir ki, təhlükəsizlik baxımından bu addım vacibdir deyən ekspertin sözlərinə görə, köhnə avtomobillər ölkəyə gətirildikcə, burada qəzaların sayı artır, ətraf mühit çirklənir və digər problemlər ortaya çıxır:
"Amma, biz bunu bilirik ki, o qərarın verilməsinin müəyyən səbəblərindən biri də avtomobilləşmənin qarşısını almaqdır. Məlumdur ki, ictimai nəqliyyat getdikcə bərbad vəziyyətə düşür, insanlar da yolda qalmamaq üçün məcburiyyətdən maşın almağa önəm verirlər. Problemlərin hamısı da burdan qaynaqlanır. Buraxılış ili 10 ildən köhnə olan avtomobillər ölkəyə artıq gətirilmir. Əlsində bəzi ölkələrdə bu təcrübə olub, bundan istifadə ediblər, müəyyən nəticələr də əldə edilib. Amma, səmimi deyim ki, ictimai nəqliyyat normal vəziyyətdə olsa idi, durum bu həddə gəlib çatmazdı. Ona görə vətəndaşlar məcburən avtomobil alırlar, heç kim artıq pul qazanmır, və ya artıq yerə də pul xərcləmək istəmir. Ümumiyyətlə bu bahalaşma da ondan dolayı yaranıb, bazarda artıq köhnə avtomobillər bahalaşır. Səbəb də odur ki, bu avtomobillərə tələbat var, amma ölkəyə gətirilməsi qadağan olduğu üçün artıq əlçatan deyil. Bazarı da həmişə tənzimləyən alverçilərdir, onlar da bundan istifadə edib, məqsədli formada qiymətləri bahalaşdırır".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












