Avtomobil idarə etməyi hansı təlimçilərdən öyrənmək lazımdır? - Hər təlimçiyə İNANMAYIN
Yazarlar
25 May 2021 20:58

"Biabırçı mənzərə müşahidə edilir”
"Qadın sürücülərlə bağlı vəziyyət getdikcə düzəlir. Həmçinin qadın təlimçilərə müraciət edənlərin sayı da çoxalır”. Bunu Sfera.az-a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib. O bildirib ki, baş verən qəzalar, yol-nəqliyyat hadisələri qadınları ehtiyatlı olmağa vadar edir: "Lakin bəzən qadınlar təcrübəsiz, savadsız təlimçilərə rast gəlir və nəticədə öyrəndiklərini yolda tətbiq edən zaman əks effekt yaranır. Düşünürəm ki, ölkə başçısı tərəfindən təsdiq edilmiş "Yol hərəkətinin təhlükəsizliyinə dair 2019–2023-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq, təlimçilərin özlərinə də təlim keçmək lazımdır. Onlar tam olaraq sertfikatlaşdırılmalıdır. Kimlər təlimçi ola bilər, kimlər yola verməklə məşğuldurlar, bax bu, üzə çıxmalı, təlimçilər peşəkar olmalı, vaxtlı-vaxtında imtahandan keçirilməlidirlər. Bu gün yollarda təlimçilər tərəfindən yola çıxarılan xanım sürücülər görürəm. Həmin xanımlar təlimçilərdən yaxşı maşın sürürlər. Təlimçilər isə əllərində telefonla video çəkməklə məşğuldurlar, təlim də kənarda qalıb. Biabırçı mənzərə müşahidə edilir”.
Müsahibimiz qeyd edib ki, artıq xanım və kişi sürücü anlayışını kənara qoymaq lazımdır: "Sürücü elə sürücüdür. "Yol hərəkəti haqqında" qanunda bütün hüquqlar, vəzifələr bərabərdir. Yalnız qanunda qadın sürücülərə bir üstünlük verilir – hamilə olduqda təhlükəsizlik kəmərindən istifadə etməyə bilərlər. Düzdür, dünyanın bir çox ölkələrində heç bu cür maddə yoxdur. Onlar hesab edir ki, hamilə qadınlar da təhlükəsizlik kəmərindən istifadə etməlidirlər. Bəzi ölkələr hamilə qadınların maşın sürməsini qadağan edir ki, avtomobil idarə etmək stress yaradır və bu da dünyaya gələcək uşağa zərər vura bilər. Fərqli yanaşmalar var. Hazırda Azərbaycanda qadın sürücülərin sayı 60 mini ötüb. Söhbət sürücülük vəsiqəsi alanlardan gedir. Təxminən 30-40 min arası xanım sürücü maşın idarə edir. Düşünürəm ki, bu hələ kiçik rəqəmdir. Vaxt gələcək yəqin ki, bu rəqəm kişi sürücülərə bərabər səviyyəyə gəlib çatacaq. Azərbaycanda vaxtilə trolleybus, tramvay, metro sürən qadınlar olub. Bu baxımdan bu gün də taksi fəaliyyəti ilə məşğul olan xanımlara rast gəlirik”.
Oxunub : 1676
DİGƏR XƏBƏRLƏR
22 İyun 2026 14:36
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
19 İyun 2026 09:48
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
11 İyun 2026 15:00
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
9 İyun 2026 10:48
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
5 İyun 2026 14:11
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
4 İyun 2026 21:00
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
15 May 2026 17:26
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
28 Aprel 2026 16:11
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
22 Mart 2026 22:28
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
21 Mart 2026 21:13
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
12 Mart 2026 17:11
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
11 Mart 2026 17:41
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
ŞƏRH YAZ










