Avtomobili pulsuz necə park etmək olar? - Yeni qaydalar...
Bir müddət əvvəl Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş Bakı şəhəri və respublikanın digər bölgələrində parkinq qaydaları avqustun 7-dən tətbiq edilməyə başladı.
Əsas yeniliklərdən biri olaraq ötən gündən etibarən nəqliyyat vasitələrinin parklanmasına görə nəzərdə tutulan ödənişlərin yığımı yalnız nağdsız qaydada həyata keçirilir.
Müəyyən edilmiş parklama ərazisində yaşayan vətəndaşlar isə avtomobillərini pulsuz park edə biləcəklər. Bəs həmin ərazilərdə yaşayan sakinlər bunu necə təsdiqləyəcək?
Məsələ ilə bağlı Yenisabah.az-a danışan nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, ərazidə yaşayan sakinlər “Yol hərəkəti haqqında” qanunun 53-cü maddəsinə əsasən, orada yaşadıqlarını təsdiq edən talon almalıdırlar:
"Burada elə də qəliz bir məsələ yoxdur, “Yol hərəkəti haqqında” qanunun 53-cü maddəsində bütün məqamlar detallı şəkildə yazılıb. Bu qanunda sakinlərin nə etməli olduğu izah edilir. Sakinlərə qanunun həmin maddəsini açıb oxumağı tövsiyə edirəm.
Bunun üçün sakinlər parkinqə nəzarət edən orqana yaşayış yerindən arayış və avtomobillərinin qeydiyyat nömrəsini təqdim etməlidirlər. Bundan sonra orada yaşayan sakin kimi qeydiyyata alınırlar.
Əgər şəxsiyyət vəsiqəsində ünvan yazılıbsa, vətəndaş onu, kirayədə yaşayırsa, kirayə müqaviləsini, məcburi köçkündürsə, mənzil-kommunal istismar sahəsindən (JEK) sənəd göstərə bilər. Bundan sonra onlara avtomobilin arxa alın şüşəsinə yapışdırmaq üçün xüsusi talonlar verilir".
Ekspertin sözlərinə görə, təqdim edilən talon avtomobilin arxa hissəsinə yapışdırıldıqda həmin şəxslərdən ödəniş tələb olunmayacaq və cərimələnməyəcəklər:
"Həmin talonu avtomobilin arxa hissəsinə yapışdırandan sonra parkinq nəzarətçisi bunu görəcək və şəxsin həmin ərazidə yaşayan sakin olduğu biləcək. Bu zaman həmin şəxsdən hər hansı pul tələb olunmur, ona cərimə tətbiq edilmir.
Hələ ki, bu proseduralar bəzi insanlara yad gəlir, amma yəqin ki, zamanla insanlar buna öyrəşəcəklər və qanunda yazılan müddəalar nəhayət ki, öz təsdiqini tapacaq".
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










