Avtomobillər geri çağırılır - Azərbaycanda dillerlər bu informasiyanı gizlədirlər

Bir neçə gün əvvəl “Toyota Motor” şirkətinin Rusiyada “Highlander”, “Land Cruiser Prado”, “RAV4” və “Lexus” RX200T, RX350, RX450H modellərində ön şüşə yuyucusunun “forsunka”larında aşkarlanan problemlərlə bağlı avtomobillər geri çağırılıb. Təkcə Rusiyadakı kampaniya çərçivəsində 80,6 min avtomobil geri çağırılıb.
Digər geri çağırılma ABŞ bazarında istismar olan “Corolla” (2011-2019-cu illər), “Matrix” (2011-2013-cü illər), “Avalon” (2012-2018-ci illər) və “Avalon Hybrid” (2013-2018-ci illər) modellərinə şamil olunur ki, məhz bu modellərdə qəza zamanı təhlükəsizlik yastıqlarının açılmaması ilə bağlı elektron nasazlıq aşkarlanıb. Kampaniya çərçivəsində ABŞ-da 2,9 milyon avtomobil, ümumiyyətlə isə, “Toyota Motor” bütün dünya üzrə 3,4 milyon avtomobili geri çağırıb.
Müxtəlif illərdə “Mercedes-Benz”, “Toyota”, “Volksvagen”, “Porsche”, “Honda” kimi şirkətlərin də müəyyən səbəblərdən geri çağrılma kampaniyası elan etdiyi məlumdur. Amma maraqlıdır ki, Azərbaycanda rəsmi dillerlər tərəfindən belə elanların verildiyi müşahidə edilməyib.
Bu barədə Modern.az-a danışan ekspert Ramil Osmanlı bildirib ki, geri çağırılma rəsmi dillerlər tərəfindən həyata keçirilir: “Azərbaycandakı rəsmi dillerlər isə bu sahədə olduqca passivdirlər. Bu da ondan irəli gəlir ki, həmin markaların ölkəyə idxalında çox kəskin qiymət dəyişikliyi baş verir. Onların geri çağırılması zamanı itkilər böyük olduğundan bir çox hallarda rəsmi dillerlər bu barədə informasiyanı nəqliyyat alanlardan gizlədirlər”.
Ekspertin sözlərinə görə, bütövlükdə hansısa şirkət müəyyən illər arasında istehsal etdiyi konkret marka ilə bağlı elan verirsə ki, istehsalla bağlı defekt var, bu artıq istənilən ölkəyə idxal olunan nəqliyyat vasitələrinə aiddir, o cümlədən də, bizim ölkəmizə idxal olunanlara:
“Şirkət elan edirsə ki, problem var, “Bizə idxal olunan partiyada deffekt yoxdur”, deyə bir şey yoxdur”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












