Avtomobillərə pərdə və plyonka qadağası ləğv edilə bilər - VİDEO

Avtomobillərin arxa yan şüşəsinə pərdə və plyonkanın ilin müəyyən aylarında vurulması qadağası ləğv edilə bilər. Avtosfer.az-ın məlumatına görə, millət vəkili Çingiz Qənizadə avtomobillərin arxa yan şüşələrinə ilin bütün aylarında pərdə vurulmasına icazə verilməsini təklif edib. Deputat deyir ki, keçmiş Standarlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin qəbul etdiyi məlum qərar ləğv edilməldir. Çünki bu qərarın heç bir əhəmiyyəti qalmayıb. Azərbaycanın qəbul etdiyi Avropa İqtisadi Komissiyasının 43 saylı qaydasında qeyd olunub ki, sürücünün kürəyindən arxada qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılır.
Qeyd edək ki, mayın 1-dən noyabrın 15-nə kimi tətbiqinə icazə verilən jalüzlər də şüşəni tündləşdirir. Hətta gecə saatlarında həmin şüşədən bayıra baxanda görünüşü məhdudlaşdırır. Əgər bu yol hərəkəti təhlükəsizliyinə zidd olsaydı və ya qəza riskini artırsaydı yayda daha çox qəza ola bilərdi.
Millət vəkili deyir ki, digər qonşu ölkələrdə də sürücünün arxasında qalan şüşələrin şəffaflığı sürücünün öz öhdəliyinə buraxılıb. Əgər qeyd olunan şüşələrin tündləşdirilməsi yol hərəkəti təhlükəsizliyi səviyyəsini aşağı salsaydı öncə Konvensiyaya qoşulan ölkələr bunu qadağan edərdi.
Qeyd edək ki, Avropanın bir çox ölkəsində belə bir qadağa yoxdur. Çingiz Qənizadə məsələni parlamentdə gündəmə gətirəcəyini deyir.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










