"Ayıq sürücü" piyadanı vurdu - Məsuliyyəti kim daşıyır? - VİDEO

''Ayıq sürücü'' müştəriyə məxsus avtomobillə piyadanı vurub. Hadisə gecə saatlarında paytaxtın Nizami rayonu metronun ''Koroğlu'' stansiyası yaxınlığında baş verib. 99-NA-665 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi ''ayıq sürücü'' xidmətinə zəng vuraraq sürücü sifariş edib. Ünvana Elnur adlı bir sürücü gəlib və o, spirtli içkinin təsiri altında olan şəxsi ünvanına apararkən yolda təyin olunmayan yerdən keçən 25 yaşlı Nicat adlı şəxsi vurub.
Ərazidə xidmət aparan yol pols əməkdaşlarının köməkliyi ilə yaralı xəstəxanaya çatdırılıb. Xəstəyə kəllə-beyin travması diaqnozu qoyulub. Vəziyyəti hələki ağırdır. Faktla bağlı Nizami rayon polis idarəsində araşdırma aparılır...
Bəs görəsən belə halda avtomobilsahibi hər hansı bir məsuliyyətdaşıyırmı ?
Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı deyir ki, bu xidmətin çox yaxşı, faydalı, effektiv olmasına baxmayaraq, onun təşkili ilə bağlı vəziyyət heç də ürək açan deyil. Ekspertin sözlərinə görə, ''ayıq sürücü''lər peşəkar sürücülərdən ibarət olmalıdır. Onlar yük maşınından tutmuş, motosikletə qədər hər bir nəqliyyat növünü idarə etməyi bacarmalıdırlar. O ki qaldı hadisəyə, buna görə məsuliyyəti ''ayıq sürücü'' daşıyır.
Ekspert Elməddin Muradlı təklif edir ki, ''ayıq sürücü'' xidməti göstərən şirkətlər müştəri ilə müqavilə bağlamalıdır. Sürücü qaynar xəttə zəng vurub ''ayıq sürücü'' sifariş edərkən ad, soyad, avtomobilinin nömrəsi və gedəcəyi ünvanı bildirdikdən sonra həmin şirkət ona ya ''ayıq sürücü''nün özü ilə, ya da mesajla müqavilə göndərilməlidir. Belə olduqda yolda hər hansı bir xoşagəlməz hadisə baş verərsə sürücünün qanuni şəkildə əlində sənədi olur.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











