Azərbaycan polisi bu final oyununda tarix yazdı - Sevənlərin sayı artır

Final oyunu bitdi. Ancaq bu oyunun təəssüratları bilirəm ki, nə futbol azarkeşlərini, nə də bizləri uzun müddət tərk etməyəcək. Çelsi qalibdir. Elə biz də. Bakı hər zaman olduğu kimi, bu dəfə də söz-söhbətlərə, qarayaxmalara öz nümunəsi, işi ilə cavab verdi.
İngiltərənin özündə çılğın azarkeşlərin nələr etdiyini yaxşı bilirsiniz. Bakıda da o çılğınlıq oldu, amma "fəlakət" səviyyəsində yox.
Qonaqları güllə qarşılayıb gülə-gülə də yola saldıq. Azərbaycana gəlməkdən məmnun idilər. Həm də mxitaryanların “oyunu” iflasa uğramışdı. Onun adı yazılmış köynəyi geyinib Bakıda var-gəl edib, hay-küy salmaq istəyənlər isə o köynəklərin üstündən hələ bir neçə il qara geyinəcəklər.
İdman barış siyasətidir və Azərbaycan bu siyasətə elə müharibə meydanında da sadiqdir. Bizim heç bir dövlətin torpağında gözümüz yoxdur...
Bütün sülh platformaları üçün meydanımız genişdir. Gücləndikcə isə top bizdədir qətiyyətimizi və onu əldən verməmək istəyimizi hər kəs görür, elə Mxitaryanın timsalında Ermənistana xal qazandırmaq istəyənlər də.
Avropa Parlamenti yetkililərindən birinin müsahibələrində: "Mən özümü Azərbaycanda daha təhlükəsiz hiss edirəm" deməsi, eləcə də final oyununu izləməyə, işıqlandırmağa gələn media nümayəndələrinin fikirləri Azərbaycanın qələbəsidir. Gələnlər həm də əsl Azərbaycan gerçəyini, Azərbaycan nümunəsini gördülər. Qonağa diqqətimiz, qonaqpərvərliyimiz, “tikəmizin düşməni” olduğumuz da, bu xasiyyətimiz də dəyişməyib.
Azərbaycan sabitlik adasıdır. Azərbaycanlılar kimi vətənimizə gələn hər kəsin təhlükəsizliyi, toxunulmazlığı, hüquqlarının qorunması prioritetdir. Turistlər də bunu yaxşı bilirlər. Azarkeşlər də gəldilər, gördülər və bir daha buna əmin oldular. Azərbaycan Polisi bu final oyununda tarix yazdı, hər kəsin diqqət mərkəzində oldu. Əcnəbi azarkeşlər, hansılar ki, pulunu, qiymətli əşyasını, oyunda iştirak etmək üçün aldığı bileti itirmişdi, polisimizin sayəsində sıxıntıdan qurtuldular.
Və dünən şahidi olduğum bir mənzərə isə həm qürurverici idi, həm də ürəyi olanlar kövrələrdi də...
28 May metrostansiyasının yaxınlığında dönər almaq istəyən əcnəbiyə, daha doğrusu, ingilisə: "Qonağım olun, bunu pulsuz verirəm”,-deyən həmvətənimin səmimiyyəti qonağı təəccübləndirdi, məni duyğulandırdı. İngilis azarkeş ona Çelsinin bayrağını bağışladı. Dönərçi də borclu qalmadı, piştaxtanın bir başında qoyduğu Azərbaycan bayrağını öpüb, alnına qoyub qonağa verdi...
Hafiz Təmirov,
polis mayoru
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?


























