Azərbaycan xalqı Dövlətin həmrəylik siyasətini dərindən alqışlayır!

Tarix şahiddir ki, birlik, bütövlük, həmrəylik zamanla xalqımızın taleyində xüsusi önəm kəsb edən məhfumlardan olmuşdur. Bu məhfumlar zamanın sınaqlarından üzüağ çıxmaq üçün xalqımızın taleyində önəmli faktora çevrilmişdir. Xalqımızın müdriklik fəlsəfəsindən süzülən folklorumuzda, “El bir olsa, dağ oynadar yerindən, Söz bir olsa, zərbi kərən sındırar”, ”Güc birlikdədir” kimi aforizimlər bunların əyani sübutudur. Bu gün bu birlik və həmrəylik Azərbaycanımızın siyasi sisteminə dərindən sirayət etmiş, dövlət idarəetməsinin ana xəttinə çevrilmişdir. Son mübarizlik tariximiz olan “Dəmir yumuruq” əməliyyatının uğurla nəticələnməsinə ən böyük töhfəni, şübhəsiz, bu birlik və həmrəylik verdi. Öz Ali Baş Komandanının ətrafında vahid bir siyasi iradə, inam, güc nümayiş etdirən Azərbaycan xalqı Qarabağ həsrətinə son qoydu. Bu gün Ölkədə aparılan iqtidar-müxalifət dialoqu idarəetmədə bütün siyasi qüvvələrin iştirakını təmin edir. Sağlam qüvvələrin formalaşdırdığı sağlam siyasət Dövlət maraqlarının qorunması baxımından əhəmiyyətlidir. Xarici siyasətdə çoxvektorlu uğurlu siyasət yürüdən Cənab Pezident İlham Əliyevin daxili siyasəti də xalqımızın maraqlarına xidmət etməkdədir. Bir neçə gün öncə YAP-ın siyasi qurultayı keçirilmişdir. Altı siyasi partiya YAP-la həmrəylik nümayiş etdirərək onunla birləşmək qərarı almışdır. Heç şübhə yoxdur ki, bu Partiyanın gücünə güc qatacaq, Ölkənin siyasi həyatına birlik, həmrəylik gətirəcəkdir. Bu inteqrasiyanın doğru bir qərar olduğunu çox yaxında görəcəyik. Partiyamızın sədri Cənab Prezident İlham Əliyevin milli maraqlar naminə apardığı siyasətə dəstək vermək, onunla həmrəylik nümayiş etdirmək Azərbaycanı yeni uğurlara aparacaq, xalqımızın rifah və firavanlıq içində yaşamasını təmin edəcəkdir. Bu yolda bütün gücümüzü və iradəmizi əsirgəməməliyik. Hesab edirəm ki, bu hər bir azərbaycanlının müqəddəs borcudur.
Alıhüseynov Xalid
Neftçala rayon sakini, müəllim.
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO











