Reklam

Azərbaycanda 3 gecə yatmadan sərnişin daşıyan sürücünün ŞOK AÇIQLAMASI

Yazarlar 31 Mart 2022 10:15 Oxunub 2056
Azərbaycanda 3 gecə yatmadan sərnişin daşıyan sürücünün ŞOK AÇIQLAMASI
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Rayona minik avtomobili ilə gedib-gəlməyi xoşlamasam da, bəzən buna məcbur oluram. Yol boyu peşəmlə əlaqədar olaraq istər-istəməz müşahidə aparıram və bəzən xoş olmayan hallarla qarşılaşıram. Bunlardan biri ilə ötən axşam rastlaşdım. Hadisəni qısaca belə təsvir etmək olar.
Ləkidə saat 19 radələrində avtobus gözləyərkən bir sürücü yaxınlaşaraq minik avtomobili ilə getməyi təklif etdi və razılaşaraq yol düşdük. Söhbət əsnasında sürücü bildirdi ki, vağzalda dayanmasa da, sifarişlə rayonlara sərnişin daşıyır. Son günlər Şəki, Nabran və Qəbələyə gedib-gəldiyi üçün 3 gecə yatmayıb və gecə saat 4-də Lənkərana sərnişin aparıb. Qayıdan başı Lənkəran avtovağzalından 1 sərnişin götürərək yola düşən qəhrəmanımız yolu səhv saldığı üçün sərnişin bunun yuxusuz olduğunu hiss edib. Sərnişin özü hərbi sürücü olduğu üçün sükan arxasına keçərək avtomobili Ələtədək idarə edib. Yol boyu Salyanda 2 əlavə sərnişin götürüblər.
Qəhrəmanımız Ələtdən Bakıya avtomobili özü sürməli olub. Lakin Bakı-Qazax yoluna çıxanda dözə bilməyərək avtomobili saxlayıb. Xoşbəxtlikdən Salyanda minən sərnişin təcili yardım sürücüsü olub. Bu dəfə qəhrəmanımız sükanı ona etibar edərək yatıb. Təcili yardım sürücüsü peşəkar şəkildə sərnişinləri avtovağzala çatdıraraq maşını yenidən sahibinə təhvil verib. O, 20 Yanvar tərəfə çatanda isə telefona sürət həddini aşmağa görə 10 manatlıq 2 cərimə gəlib (cəmi 20 manat). 
Sürücü bunları danışanda artıq Bakıya yaxınlaşırdıq. Səngəçalda 100 km/saat sürətlə gedərkən sürücü yolu keçən iti görmədi. Xoşbəxtlikdən it sürətlə getdiyi üçün qəza olmadı. Sürücüyə bunu xatırlatdıqda yorğun olduğunu etiraf etdi. 
Bu anda sürücüyə zəng edən atası ondan israrla xahiş etdi ki, gecə heç yerə getməyib istirahət etsin.
Bəli bu minvalla, mən də Lökbatanda düşdükdən sonra sağ-salamat çatdığım üçün Allaha dua etdim. Bir daha bu tip sürücülərin xidmətindən istifadə etməməyə də söz verdim.
Rast gəldiyim bu hadisəyə bircə cümlə əlavə etmək istəyirəm. Bu  cür sürücülərin qəza törətməməsi sadəcə olaraq möcüzədir.

 

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh