Azərbaycanda satılan şokoladın üzərində ermənicə yazı var, amma... – VİDEO

Tanınmış marketoloq Müşfiq İskəndərov öz şəxsi Facebook profilində çox qəribə və öz dövlətini, dilini, millətini sevən hər bir azərbaycanlının baxarkən təəssüf etdiyi, buna səbəb olanlara hiddətləndiyi bir videogörüntü paylaşıb. Avtosfer.az xəbər verir ki, Azərbaycanda satılan "Roshen" şirkətinin istehsalı olan şokolad qutusunun arxasında satılan malın tərkibi haqqında müxtəlif dillərdə məlumatlar əks olunur. Ancaq Azərbaycanda satılan malın üzərində Azərbaycan dilində heç bir yazı yoxdur. Hələ məsələ bununla kifayətlənmir. Bu qutunun üzərində erməni dilində məlumatlar var. Burada istehlakçılarının hüququ pozulub. Amma əsas məsələ o deyil. Necə ola bilər ki, bu istehsalçının malını sifariş verən, Azərbaycanda satışını təşkil edən şirkət əməkdaşları bunu nəzərə almayıb və sifariş verəndə istehsalçı qarşısında bu tələbi irəli sürməyib? Yoxsa Azərbaycan dili onların dili, ermənilər də düşməni deyil? İnanırıq ki,aidiyyatı orqanlar və rəsmilər tezliklə bu biabırçılığı aradan qaldıracaqlar.
Avtosfer.az görüntüləri təqdim edir.
Kənan
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












