Azərbaycanda sürücülərin KƏLƏYİ – Keyfiyyətsiz yanacaq onları bu yola məcbur edir
Yazarlar
4 Aprel 2022 13:28

Ölkəmizdə avtomobillərin işlək vəziyyətdə ətraf mühitə buraxdığı istixana qazlarının vurduğu zərəri minimuma endirmək üçün müəyyən standartlar tələb olunur. Xüsusilə də, ölkəyə AVRO-4 standartlarına cavab verməyən avtomobillərin gətirilməsi məhdudlaşdırılıb. Lakin yanacağın yetərli standartlara cavab verməməsi, yüksək standartlarla çalışan maşınların tez sıradan çıxmasına səbəb olur. Bu cür problemdən yaxa qurtarmaq istəyən sürücülər isə alternativ yollara baş vururlar. Ən geniş yayılmış metodlardan biri xüsusi proqramlar və çiplər vasitəsilə standartları AVRO-2 səviyyəsinə qədər aşağı salmaqdan ibarətdir. Belə ki, katalizatorun çıxarılması qanunla qadağan olduğu və asanlıqla müəyyən edildiyi üçün qeyd etdiyimiz varianta daha çox müraciət olunur.
Mövzu ilə bağlı açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı avtomobillərə bu şəkildə müdaxilənin yolverilməz olduğunu bildirib: “Bu gələcəkdə texniki problemlərə səbəb ola bilər. Çünki maşın istehsal olunarkən onun texniki göstəriciləri AVRO-4 standartına uyğun yanacaq üçün hazırlanırsa, kimsə onu dəyişib AVRO-2-yə uyğunlaşdıranda əlbəttə problem yaranacaq”.
Bu cür yol verildiyini təəssüf hissi ilə qeyd edən ekspert əsas problemin yanacağın keyfiyyətinin aşağı olmasından qaynaqlandığını qeyd edib: “Təsəvvür edin, Azərbaycan neft istehsalçısı ölkə olsa da, yanacağın keyfiyyəti aşağı olduğu üçün biz avtomobillərə texniki müdaxilə etmək məcburiyyətində qalırıq. İnsanlar məcburiyyətdən bunu edirlər. Azərbaycanda yanacağın keyfiyyəti isə getdikcə aşağı düşür. 2022-ci ildə dizel istehsal edən zavodun yaradılacağı qeyd olunub. Bununla da, xaricdən dizel yanacağı gətirilməsinin və keyfiyyətsiz dizelin mövcudluğuna son qoyulacağı gözlənilirdi. Artıq 2022-ci ilin 4-cü ayındayıq. Lakin bu istiqamətdə hələki məlumat yoxdur.
Gələn il isə AVRO-5 və AVRO-6 standartlarına cavab verəcək zavodun istismara verilməsi nəzərdə tutulur. O baxımdan, hesab edirəm ki, yanacağın keyfiyyətinin yüksəldilməsi ilə bağlı işlərin görülməsi zəruridir”
Elməddin Muradlı dünyada daxiliyanma mühərriklərindən imtina edildiyi bir vaxtda Azərbaycanda hələ də yanacaq keyfiyyətinin bərbad vəziyyətdə olmasından şikayətlənib: “Dünyada bu istiqamətdə başqa tendensiya mövcuddur. İnkişaf etmiş ölkələrdə ümumiyyətlə yanacaq məsələsinə son qoyulur, hibridlərə, elektromobillərə keçid edilir. Gələcəkdə, hibridlərə də son qoyulacaq. Bizdə isə hələ də insanlar AVRO-4 standartlarındakı maşınlara texniki müdaxilə edib onları AVRO-2-yə uyğunlaşdırırıq. Görün biz nəqliyyat sahəsində inkişaf etmiş ölkələrdən nə qədər geri qalmışıq”.
Ekspert aidiyyatı qurumların bu istiqamətdə fəaliyyətsiziliyini tənqid edərək, ustaların vətəndaşların vəziyyətini başa düşərək məcburiyyətdən bu yola əl atdıqlarını vurğulayıb. “Bu o deməkdir ki, bizdə AVRO-5 adı ilə istehsal olunan Azərbaycan benzini əslində AVRO-2-yə uyğundur”, - deyə Elməddin Muradlı fikirlərini yekunlaşdırıb.
Bizim.media
Oxunub : 23976
DİGƏR XƏBƏRLƏR
12 Noyabr 2026 16:23
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
11 Noyabr 2026 15:53
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
4 Noyabr 2026 17:16
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
28 Oktyabr 2026 15:48
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
26 Oktyabr 2026 15:18
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
26 Oktyabr 2026 12:18
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
19 Oktyabr 2026 16:24
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
13 Oktyabr 2026 16:48
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
30 Sentyabr 2026 17:09
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
23 Sentyabr 2026 21:55
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
4 Avqust 2026 17:09
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
29 İyul 2026 15:18
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
ŞƏRH YAZ












