Azərbaycanda velosipedin nəqliyyat vasitəsi kimi inkişafı zəruridirmi? - VİDEO

Bir çox ölkələrdə xüsusi karantin rejimi tədricən yumşaldılır. Həyat yavaş-yavaş öz əvvəlki axarına qayıtmağa başlayır. Buna baxmayaraq, kütləvi şəkildə bir yerə toplaşmaq qorxusuna qalib gəlmək, qadağalarsız yaşayış tərzinə geri dönmək elə də asan olmayacaq. Koronavirus təhdidi, izdiham qorxusu isə şəxsi avtomobillərdən istifadəni günü-gündən artırır. Bu da daha uzun tıxaclar, həmçinin havaya daha çox zərərli qazların buraxılması deməkdir. Avtomobildən velosipedə keçid isə sanitar böhrana veriləcək ən dəqiq cavabdır.
Avropada ölkələrində insanların sağlamlığı üçün çıxış yolu kimi velonəqliyyatı populyarlaşdırmağı düşünürlər, çünki velosiped ən ucuz və effektiv alternativdir. Bunun üçün sadəcə velosiped zolaqları çəkilməlidir. Ölkəmizdə necə, velosiped sürmək üçün salınan zolaqlar avtomobildən imtina etməyə imkan verirmi? İctimai nəqliyyatdakı sıxlıqdan, yollarda saatlarla tıxacda qalmaqdan imtina edib velosipedlə hərəkət etmək nə dərəcədə mümkündür? Ümumiyyətlə, velosipedin nəqliyyat vasitəsi kimi inkişafı nəzərdə tutulurmu?
Hərəkət iştirakçıları üçün velosiped həm daha sağlam, həm də daha səmərəli vasitədir, çünki velosiped yolu avtomobil yolundan fərqli olaraq zolağa daha çox hərəkət iştirakçısını qəbul edə bilir. Ölkəmizdə isə vəziyyət bir qədər fərqlidir. Hazırda velosipeddən nəqliyyat vasitəsi kimi istifadə edənlər digər hərəkət iştirakçılarının və ətrafdakı insanların onların seçiminə heç də adi yanaşmadıqlarını deyirlər.
Velosiped sağlamlıq, sərfəli olsa da, bu nəqliyyat vasitəsinə üstünlük vermək heç də asan məsələ deyil. Bunun üçün psixoloji cəhətdən də hazır olmaq vacib şərtlərdən biridir.
Görünən odur ki, dünyada, xüsusən də Avropa ölkələrində velosipedə tələbat hər keçən gün daha da artır. Velosipedlərin Avropa şəhərlərinin gələcəyi olduğuna şübhə yoxdur. Ümid edirik ki, yaxın gələcəkdə sağlamlığımız naminə biz də nəqliyyat vasitəmizi daha sərfəli, faydalı və təhlükəsiz nəqliyyat növü olan velosipedlə əvəz edəcəyik.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












