Reklam

Azərbaycanda yalançı radarlar quraşdırıla bilər – Sürət həddinə görə qəzalar azalacaq

Yazarlar 13 İyul 2021 14:33 Oxunub 4036
Azərbaycanda yalançı radarlar quraşdırıla bilər – Sürət həddinə görə qəzalar azalacaq
WhatsApp kanalımıza abunə ola bilərsiniz

Respublika ərazisində bu ilin 6 ayı ərzində ölüm və xəsarətlə nəticələnən 756 yol-nəqliyyat hadisəsi qeydə alınıb ki, bu qəzalarda 290 nəfər həlak olub, 698 nəfər isə müxtəlif dərəcəli bədən xəsarət alıb. Avtosfer.az xəbər verir ki, DİN Baş Dövlət Yol Polisi İdarəsinin açıqladığı bu rəqəmlər ötən illərlə müqayisədə azalmağa doğru getsə də, cəmiyyətimiz yenə də narahatdır. Bəs görəsən, bu qəzalar nədən baş verir? Yollarımızda nə kimi problem var?

Yol hərəkəti üzrə ekspert Elməddin Muradlı bildirib ki, yay aylarında qəzaların sayı artır. Burada isə əsas səbəb sürücülərin qeyri-peşəkarlığı və yol hərəkəti qaydalarına riayət etməməsidir. "Eyni zamanda, yol təsərrüfatı və iqlim şəraiti də burada rol oynayır. Məsələn, kondisioneri olan avtomobillə kondisionersiz maşın arasında idarəetmə zamanı xeyli fərq yaranır. Əgər birinci halda sürücü özünü daha rahat və komfortlu hiss edirsə, ikincidə bunun tam əksidir. Bu isə yola diqqəti azaldır ki, nəticədə qəzalar baş verir. Mütəxəssislər tövsiyə edir ki, kondisioneri olmayan maşınlardan günün qızmar vaxtlarında istifadə etməsinlər. Yaxud da qısa məsafələrə gedə bilərlər. Çünki isti havada sürücü sükan arxasında tüz süstləşir, ətrafda baş verən hadisələri reaksiya müddəti azalır".

Ekspert bildirib ki, Azərbaycanda adətən taksi sürücüləri bu qaydalara əməl etmir. "Onlar qənaət etmək məqsədilə kondisionerdən istifadə etmir. Bu həm də sürücülərdə aqressiya yaradır. Çünki istər-istəməz mənzil başına tez çatmaq istəyir ki, bu zaman qayda pozur, digər sürücülərlə mübahisə edir".

Elməddin Muradlı hesab edir ki, sürücülərin davranışından çox şey asılıdır. "Adətən yol hərəkəti qaydalarını bilən, qaydaları pozmayan, özünə və digərlərinə hörmətlə yanaşan sürücülər qəza törətmir. Yaxud da həmin qəzalar cüzi zərərlə nəticələnir".

Ekspert yol qəzalarının artmasında sürət həddinin aşılması məsələsinin əsas səbəblərdən olduğunu qeyd edib. "Çox təəssüf olsun ki, sürücülər kamera, radar və ya yol polisi olmayan yerdə qayda pozur, sürət həddini aşır, kəmər taxmır. Nəticədə qəzalar olur. Yol polisi müəyyən təşəbbüslər irəli sürdü. Hətta polis maşınlarının maketləri yollara qoyuldu. Bu da effektiv olmadı. İndi bir çarə qalır ki, ya yolları radarlarla bəzəməli, ya da radarların yerlərini tez-tez dəyişməliyik. Çünki əksər sürücülər kameraların yerini əzbər bilir. Burada isə ancaq qazanc güdürlər. Düşünürəm ki, mobil radarlar, aldadıcı radarlar olmalıdır. Bunlar olarsa bəlkə müəyyən nəticələr əldə etmək olar".

 

Nərminə Əli

ŞƏRH YAZ
Ad

E-mail

Şərh