"Yol hərəkəti təhlükəsizliyi arzuladığımız səviyyədə deyil" - EKSPERTDƏN SƏRT REAKSİYA

“Azərbaycanda yol-nəqliyyat hadisələrinin sayı xeyli artıb. Dünyanın elə ölkələri var ki, əhalinin sayını nisbətdə götürəndə yol-nəqliyyat hadisələrinin sayı dəhşətli dərəcədə çoxdur”. Bu sözləri sia-ya açıqlamasında yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib.

Onun sözlərinə görə, elə ölkələr var ki, ərazisi, əhalisinin sayı təxminən Azərbaycan qədərdir: “Amma orada illik ölüm halları 200-dən aşağıdır. Azərbaycanda isə bu rəqəm 700-ə yaxındır. Bu il yəqin ki, rəqəmlər yenə artacaq. Çünki artıq son vaxtlar baş verən yol-nəqliyyat hadisələri bunu deməyə əsas verir. Bu baxımdan düşünürəm ki, yol-nəqliyyat hadisələrinin qarşısının alınması üçün mütləq birinci növbədə təbliğat-təşviqat işlərini gücləndirmək lazımdır.
Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin dekabr ayında təsdiq olunmuş "Yol hərəkəti təhlükəsizliyinə dair" 2019-2023-cü illər üzrə Dövlət Proqramı doğru-düzgün icra olunmalıdır. Çox təəssüflər olsun ki, aidiyyatı qurumlar bu proqramın icrasına ciddi yanaşmır. Nəticə etibarilə bu cür hallar baş verir. Son bir həftənin statistik rəqəmlərindən məlum olur ki, bu həftə ərzində Azərbaycanda baş verən 17 yol-nəqliyyat hadisəsində 20 nəfər həyatını itirib. Bu çox dəhşətli rəqəmdir. Çünki adətən yol hərəkəti təhlükəsizliyinə çox diqqət yetirən ölkələrdə dövlət səviyyəsində komissiya yaradırlar. Orada ciddi araşdırmalar başlayır. Azərbaycanda isə sadəcə vətəndaşlara müraciət edirlər. Başqa ciddi, tutarlı tədbirlər görülmür. Dövlət proqramında yol hərəkəti təhlükəsizliyinə dair təbliğat işlərinin gücləndirilməsi nəzərdə tutulub. Amma işlər bizim arzuladığımız, görmək istədiyimiz səviyyədə deyil. Çünki sistematik bir fəaliyyət yoxdur. Qarşıya qoyulan hədəfə çatmaq üçün ortada icra olunan proqram və yaxud da layihə görmürəm. Bizim problemimiz də budur. Bu baxımdan da düşünürəm ki, məsələyə çox ciddi yanaşılmalıdır".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












