Azərbaycanın ən bahalı avtomobilləri - VİDEO

Avtomobil almaq istəyən şəxs əvvəlcə öz cibinə uyğun bir model seçir və həmin avtomobili alır. Sürdüyü maşından asılı olmayaraq hər kəsin ağılında bir məsələ var. Bahalı və daha müassir və komfortlu avtomobilə sahib olmaq.
Avtosfer.az xəbər verir ki, ARB TV-nin “Günə doğru” proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb. Amma bir çox insanda bu elə arzu olaraq qalır. Hazırda Bazarda və avtosalonlarda dodaquçuqladacaq qiymətlərə maşınlar var. Belə olan halda son model olsa belə, həmin avtomobillərin böyük əksəriyyəti yalnız vitrinləri bəzəyir.
Elməddin Muradlı – Ekspert: “Tələbat fərqlidir. Ümumi yanaşma sadəcə qiymətlərin uyğun olmasından irəli gəlir ki, bunu qənaət etmək istəyən də ala bilsin, imkanı çatan da, mühərrikin gücü daha çox olan avtomobil istəyən də ala bilsin”.
Marka dillerləri hesab edir ki, bir neçə illik durğunluqdan sonra, son aylarda yeni və və bahalı avtomaşınlara tələbat artmaqdadır. Hazırda Azərbaycan bazarında 150 min avrodan 500-600 min avroya kimi qiyməti olan avtomobillər satılır.
Avtomobil sallonlarında modelindən və markasından asılı olmayaraq daha çox maraq “ofroad” yəni yolsuzluq avtomobillərinədir. Eyni zamanda biznes və ekonom siniflərindən olan sedanlara da maraq fikayət qədərdir.
Avtomobilləri baha edən bir neçə səbəb var ki, bunların da içərisində daha çox interyer və eksteryer gəlir. Bahalı materiallardan istifadə, eləcə də təhlükəsizliklə bağlı ən son yeniliklərin tətbiqi yeni avtomobillərin qiymətini daha baha edir. Azərbaycanda isə, bəzi rüsumların tətbiqi bu maşınların satış qiymətinə öz mənfi təsirini göstərən amillərdəndir.
Elməddin Muradlı – Ekspert: “20 minə maşın alırsan gəlir çıxır 50 minə. Köhnə avtomobilini satıb o maşını ala bilsinlər deyə, ən azı onun 3 dəfə çox dəyərini ödəməlidir”.
Hazırda Azərbaycan bazarında daha çox ikinci əl və buraxılış ili 15-20 il olan maşınlara təlabat var. Bu isə maşın parkının yenilənməsinə mənfi təsir edir. Mütəxəssislərin fikrincə bunun üçün ölkəyə idxal olunan istənilən model və tipdə olan nəqliyyat vasitələrinə tətbiq edilən rüsumlar azaldılmalıdır.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












