Azərbaycanlı gənc 100 nəfəri aldatdı - İkinci əl maşınları yeni adıyla satırmış

Azərbaycandan gəlmiş 30 yaşlı miqrant Fransada irimiqyaslı dələduzluq əməli törədərək ikinci əl avtomobillərin qanunsuz dövriyyəsini təşkil edib. Hazırda işbaz miqrantın 100 qurbanının adı müəyyənləşdirilib, lakin müstəntiqlər bildirirlər ki, onların sayı daha çox ola bilər. Avtosfer.az virtualaz.org-a istinadən xəbər verir ki, gənc azərbaycanlı Tuluza şəhərinə 2010-cu ildə gəlib. Onun fransız dilini öyrənmək və iş tapmaq cəhdləri boşa çıxıb. "İş axtarıb, lakin tapa bilməyib. Yaşamağa pulu olmadığı üçün yerli sakinlə tanış olub və onun köməyi ilə avtomobil ticarətinə girişib", - Tuluza məhkəməsində vəkil Qay Debüsson deyib.
Azərbaycanlı miqrant yerli "Le Bon Coin" elanlar saytında tapdığı ikinci əl avtomobilləri alaraq, xüsusi aparat vasitəsilə onların getdiyi məsafə göstəricisini dəyişərək maşınları "yeniləyib" və satmağa başlayıb. Qısa müddət ərzində o, kifayət qədər iri məbləğdə pul toplayıb, lakin dələduzluğunun üstü açılıb.Prokuror Tyerri Pons məhkəmədən dələduzun 18 ay müddətinə həbs edilməsini istəyib. Lakin vəkil Qay Debüsson cəzanın yumşaldılmasında israr edib. "Şərqdən gəlmiş adamlar üçün dilimizi öyrənmək və cəmiyyətimizə uyğunlaşmaq çətindir. Müvəkkilim broker firmasında özünə iş tapan kimi dələduzluq əməlindən əl çəkib", - vəkil bildirib. Vəkil səyləri boşa çıxmayıb - hakim azərbaycanlıya 12 ay müddətinə şərti cəza verməklə kifayətlənib. Lakin keçmiş dələduz bəzi qurbanlarının üzləşdiyi itkini də kompensasiya etməli olacaq.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










