Bakıda azyaşlını keçiddə vurub öldürən sürücü xanım imiş - Qızı da stress keçirib - VİDEO

Xəbər verdiyimiz kimi, Bakıda azyaşlı uşaq piyada keçidində avtomobillə vurulub. Avtosfer.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis mayoru Rövşən Tağıyev video paylaşıb.
Əldə etdiyimiz məlumata görə, hadisə ötən ilin yayında Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin arasında yerləşən küçədə baş verib. Belə ki, valideyn nəzarətindən kənarda qalan uşaqlar piyada keçidində topla oynayıb. Yüksək sürətlə avtomobili idarə edən sürücü yolu keçən uşaqlardan birini vurub.
Hadisədən sonra qəza törədən maşın başqa bir avtomobillə çırpılaraq dayanıb.
Videodan da göründüyü kimi, sükan arxasından düşən xanım sürücüdür. Onun yanında azyaşlı qızı da olub. Qız maşından düşərək anasının qəza törətdiyini, balaca uşağı vurduğunu gördükdə dərin stress keçirir və özünü yerə vuraraq ağlamağa başlayır.
Belə hadisələrin baş verməməsi üçün sükan arxasında son dərəcə diqqətli olmaq lazımdır. İki valideynin səhvi uşaqlardan birinin ölümünə, digərinin isə ömrü boyu unutmayacağı sarsıntı keçirməsinə səbəb oldu.
Elmin
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq










