Bakıda film kimi hadisə - Sükan arxasında olan sürücü 4 nəfəri vurdu – 2 ölü - VİDEO

Bakıda ağır yol-nəqliyyat hadisəsi baş verib. Avtosfer.az-ın məlumatına görə, hadisə bu gün Mərkəzi Bankın qarşısında qeydə alınıb. Bakı şəhər DYP İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov Avtosfer.az-a bildirib ki, “MG” markalı, 90 NV 350 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Xətai rayon sakini, 1971-ci il təvəllüdlü Əmiraslanov Ramiz Nəcəfqulu oğlu ürək tutmasından sükan arxasındaca keçinib. Hadisə avtomobil Rəşid Behbudov küçəsi ilə hərəkətdə olan zaman baş verib. Saat 10.19 radələrində həmin avtomobil Şəmsi Bədəlbəyli küçəsi ilə kəsişmədə piyada keçidinin üzərində hərəkət edən bir neçə piyadanı vurub. Sonra isə qarşıdakı avtobus dayanacağında dayanmış “BakuBus” MMC-yə məxsus avtobusa dəyərək dayanıb. Hadisə yerinə gələn polis əməkdaşları sürücünün sükan arxasında keçindiyini müəyyən ediblər. Onun keçiddə vurduğu piyadalardan da biri (qadındır) hadisə yerində ölüb, 2 yaralı isə xəstəxanaya çatdırılıb.
Avtosfer.az-ın məlumatına görə, minik avtomobili avtobusa çırpılan zaman piyada keçidində vurduğu piyadalardan biri kapotun üstündə imiş.
Qəza nəticəsində xəstəxanaya yerləşdirilən şəxslər 1954-cü il təvəllüdlü Xanım Quliyeva və 1996-cı il təvəllüdülü Seymur Niyazovdur. Hər iki şəxs kəllə-beyin travması alıb. Gənc oğlanın vəziyyəti daha ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Elmin
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı















