Bakıda küçələrin adı yoxdur, yoxsa ünvan lövhəsi quraşdırılmayıb?

Bakıda bir sıra yerlərdə küçələrə adların verilməməsi və ya ünvan lövhələrinin köhnə olması, oxuna bilməməsi əhali üçün çətinliklər yaradır. Bəzi ərazilərdə, məsələn "Beş mərtəbə" adlanan hissədə isə ara küçələrdə əvvəllər ünvan lövhələri olsa da indi onlara rast gəlinmir.
Ekspert Elməddin Muradlı məsələ ilə bağlı Trend-ə bildirib ki, ünvan lövhələrinin yox olmasına bəzi hallarda həmin ərazilərdə aparılan tikintilər səbəb olur:
"Yol kənarlarında çoxlu obyektlər, binalar tikilir. Tikinti zamanı əsasən şüşə örtüklərdən istifadə edən sahibkarlar ünvan lövhələrinin ümumi görüntünü korladığını fikirləşir və beləliklə lövhələr aradan qaldırılır. Lakin bu hər hansı şəxsin istəyinə bağlı olan məsələ deyil. Rayon icra hakimiyyətləri bilir ki, haralara küçə adları vurulub. Bu istiqamətdə nəzarət zəif gedir. Mən çox istərdim ki, bu nəzarət yoxlamalara Bakı Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi qoşulsun və harada çatışmazlıqlar varsa, aidiyyəti üzrə yönləndirilsin. Belə olan halda problemi həll etmək mümkündür” - deyə ekspert əlavə edib.
E.Muradlı bildirib ki, hansısa ünvanı öyrənmək istəyən şəxs ya ərazidəki polis əməkdaşlarına, ya da yaxınlıqdakı mağazaya yaxınlaşmalı olur: "Bu yanlış durumdur. Bununla bağlı məsuliyyət müəyyənləşdirmək lazımdır ki, küçə adlarına zərər verən və ya götürən şəxslər cavabdehlik daşısınlar." .
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO











