Bakıda məşhur restoranın qarşısındakı vəziyyətə DYP müdaxilə etdi; həll olundu - VİDEO - FOTO

Salatın Əsgərova küçəsində qum doldurulmuş su qablarını gördükdə ağlıma gələn ilk sual bu oldu: görəsən ərazidə mülki müdafiə təlimi keçirilir? Adətən qum kisələrindən daşqınların qarşısını almaq və ya güllədən qorunmaq üçün istifadə edilir. Allaha şükür ki, Bakıda nə sel var, nə də müharibə.
Sən demə, bura məşhur Şirvanşah restoranının qarşısıdır: Salatın Əsgərova 86. Qum bidonları da müştərilərə boş yer rezerv etmək üçündür. Səhər saatları olduğu üçün heç kim yox idi. Həngamə axşam başlayır.
Bu davranış inzibati xəta premetidir və İnzibati Xətalar Məcəlləsinin 354-cü maddəsinə əsasən, bu əməlin törədilməsinə görə fiziki şəxslər səksən manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir.
Kimsə deyə bilər ki, axı restorana gələn müştəri nə etməlidir, maşını harada saxlamalıdır? Cavab sadədir: buradan təxminən 100-150 metr aralıda qanuni parkinq var. Kiminsə maşını mütləq şəkildə getdiyi yerin qarşısında park etməsi kimi bir qayda mövcud deyil.
Təklif:
Restoranın divar qonşusu Karikaturaçı Rəssamlar Birliyidir. Görəsən onlar bu karikaturalıq mənzərəni görmürlərmi? Yox əgər, görüb qanunsuz olduğunu bilmirlərsə, biz xatırlatdıq.
Qeyd edək ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları bu gün ərazidə olub və maneələri aradan qaldırıblar. Restoran sahibləri bu əməli təkrar edərsə onlara cərimə yazılacaq.
Vüqar Yaşaroğlu
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı















