Bakıda parkinq problemi: Qeyri-rəsmi qiymətlər əl yandırır
Yazarlar
8 Fevral 2021 15:42

Milli Məclisin iclasında millət vəkili Siyavuş Novruzov yeraltı parkinqlərin qiymətinin baha olmasından danışıb. O, dövlət tərəfindən kifayət qədər vəsait ayrıldığını, yeraltı parklar tikildiyini, lakin içərisinin boş olduğunu dilə gətirib: "Çünki 7-9 manat qiymət qoyulub. Aya vuranda bu, 300 manata yaxın pul edir. Kim maşınını 300 manat verib yeraltı parkinqdə saxlayar? Bu qiymətlər aşağı salınmalıdır. Aidiyyəti strukturlar buna da baxmalıdırlar".
Avtpsfer.az-ın məlumatına görə nəqliyyat üzrə ekspert Elməddin Muradlı Sputnik Azərbaycan-a bildirib ki, Bakı şəhərində parkinq qiymətləri hələlik müəyyən edilməyib: "Bakı Nəqliyyat Agentliyi bununla bağlı təkliflərini verib və Nazirlər Kabineti qiymət məsələsinə baxır. Parkinq məsələsinə yeni yanaşma tətbiq edilməli və vətəndaşın ziyanına olmamalıdır. Parkinqlərin hamısını ödənişli etmək barədə düşünməməlidirlər. Ödənişli parkinqlərdə qiymətlər insanların cibinə uyğun olmalıdır. Bu gün yeraltı parkinqlər var və bu parkinqlərə insanlar getmirsə, deməli, qiymət bahadır. Qiymətlər normal olsa, parkinqlərdən istifadə edənlərin sayı çox olar. Qiymət baha olduğu üçün parkinqlərə getmirlər. Parkinqlərdən istifadə edilməyəndə tıxac baş verir".
"Parkinqlər uyğun yerlərdə, əlçatan yerlərdə olmalıdır. Bundan başqa, bu gün elə binalar var ki, 300-400 mənzili var, lakin 20-30 parkinq yeri yaradılıb. Müvafiq qurumlar bunlara nəzarət etməlidir. Hazırda Şəhərsalma və Tikinti Məcəlləsinə dəyişiklik edilir. Digər tərəfdən, Bakı şəhərinin yeni Baş Planı hazırlanıb və burada bu məsələlər öz əksini tapıb. Ümid edirəm ki, bunlar öz həllini tapacaq", - deyə ekspert qeyd edib.
Oxunub : 3416
DİGƏR XƏBƏRLƏR
12 Noyabr 2026 16:23
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
11 Noyabr 2026 15:53
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
4 Noyabr 2026 17:16
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
28 Oktyabr 2026 15:48
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
26 Oktyabr 2026 15:18
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
26 Oktyabr 2026 12:18
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
19 Oktyabr 2026 16:24
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
13 Oktyabr 2026 16:48
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
30 Sentyabr 2026 17:09
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
23 Sentyabr 2026 21:55
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
4 Avqust 2026 17:09
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
29 İyul 2026 15:18
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
ŞƏRH YAZ












