Səkilərə qoruyucu dirəklər quraşdırılır - Piyadalar razı, sürücülər isə narazıdır - VİDEO

Paytaxt Bakının mərkəzi hissələrində uzun müddətdir ki, piyada səkilərinin zəbt olunmaması üçün qoruyucu dirəklər quraşdırılır. Artıq bu proses şəhərin bütün hissələrində icra olunmağa başlanıb. Bu isə avtomobilini park etmək istəyən sürücülərin narahatlığına səbəb olub. Bəs Bakı Nəqliyyat Agentliyi piyadaların təhlükəsizliyi üçün bu addımı atırsa, avtomobillərın parklanması üçün hansı alternativ iş görür?
Avtosfer.az-ın məlumatına görə, səkilərdə quraşdırılan tumbalardan sürücülər narazı olsa da, piyadalar razıdır. Onlar səkidə hərəkət zamanı özlərini rahat və təhlükəsiz hiss edirlər. Sürücülər isə avtomobili park etməyə yer olmadığından şikayətçidir.
Onların bir qismi səkidə avtomobil park etməyin doğru olmadığını anlasalar da, buna əməl etmirlər.
Lakin piyadalar bütün səkilərə tumbaların quraşdırılmasının tərəfdarıdır. Onlar bunun səbəbini həm təhlükəsizlikləri üçün, həm də səkidə avtomobil olmadığına görə rahat hərəkət etməklərində görürlər.
BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev piyadaların rahat və təhlükəsiz hərəkəti üçün görülən işlərin bununla kifayətlənmədiyini bildirib. Mais Ağayevin sözlərinə görə, mərkəzi hissədən kənarda yerləşən yolların ətrafında əsasən yeni tikilən binalar yerləşir ki, onların da əksəriyyətinin parklanma üçün qarajı var. Köhnə binaların isə hamısının həyətində avtomobil saxlamaq üçün yer var.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










