Bakıda taksi sürücüləri cərimədən yayınmaq üçün yeni metod tapıblar -VİDEO

“Bakının bir çox küçəsində sürücülər avtomobillərini yolun kənarında, hətta avtobusların hərəkəti üçün ayrılan xüsusi zolaqlarda saxlayırlar. Hələ bu azmış kimi, avtomobilin yükdaşıma hissəsini (baqajını) açıq saxlayırlar. Bunu cərimədən yayınmaq üçün edirlər. Çünki dövlət nömrə nişanları yük yerinin üzərində olur və onu açıq saxlayanda nömrə müşahidə kamerasına düşmür”.
Bunu “Report”a açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib.
Onun sözlərinə görə, əvvələr də bu kimi qayda pozuntuları qeydə alınırdı. “Bəzi sürücülər avtomobilin nömrə nişanını parça ilə bağlayırdılar. Bunu etməklə sürücülər özlərini aldadır. Çünki parklanma yerinə daxil olan zaman kamera avtomobilin nömrəsini qeydə alır”, - o bildirib.
Ekspertin sözlərinə görə, bu kimi hallara ən çox taksi sürücüləri yol verir: “Əslində, onları çox da qınamaq olmaz, çünki dayanmaları üçün heç bir yer nəzərdə tutulmayıb”.
E.Muradlı onu da əlavə edib ki, Bakı şəhərində dayanma-durmanı qadağan edən nişanlar həddindən artıq çoxdur. “Neftçilər prospekti və Zərifə Əliyeva küçəsi buna nümunədir. Bu hal sürücülər arasında qıcıq yaradıb. “Yol hərəkəti haqqında” qanunda və İnzibati Xətalar Məcəlləsinin 124-126-cı maddələrində kameralar vasitəsilə, xüsusi texniki vasitələrlə qeydə alına bilən xətaların siyahısı var. Lakin həmin siyahıda dayanma-durma yoxdur. Parklanma yerində kamera ilə cərimə yazılması məsələsi qanunidirmi? Məsələ sual doğurur”.

Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev isə bildirib ki, təmsil etdiyi qurum xüsusi texniki vasitələrdən istifadə etməklə dayanma-durma və parklanma qaydaları ilə bağlı pozuntuları aşkar edir.
“Bəzi ekspertlərin bunun əksini iddia etməsi sürücülər arasında çaşqınlıq yaranmasına hesablanıb”, - o bildirib.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin təbliğat üzrə inspektoru, polis leytenantı Rüstəm Əhmədli deyib ki, Bakıda sürücülərin dayanma-durma qaydalarının pozulması halları mütəmadi təkrarlanır.
“Son dövrlər sürücülər tərəfindən avtobus zolaqlarına daxil olma və nəqliyyat vasitələrinin dayanma-durma qaydalarını pozaraq park etmələri müşahidə olunur. Bir çox hallarda isə həmin avtomobillərin yükdaşıma hissəsini (baqajını) açıq saxlayırlar. Bu kimi hallara yol verən sürücülər bilməlidir ki, onların inzibati məsuliyyəti daha da artır”, - o söyləyib.
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?
Qanunsuz pul yığan "yaşıl jiletli"lər kimə tabedir? - Parkinq "mafiyası" - AÇIQLAMA
Maşın, yoxsa ev - İndiki zamanda hansını almaq daha faydalıdır? - ARAŞDIRMA
Narkoman sürücülərin sayı çoxalıb - Polis necə mübarizə aparır?
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO










