Bakıda təhlükəli "səki-dayanacaq" niyə ləğv olunmur? - VİDEO

Nə dayanacaq, nə də gözləmək üçün xüsusi bir yer var. Buna baxmayaraq, sərnişinlər həyatlarını təhlükəyə ataraq, marşrut avtobuslarını məhz yolun hərəkət hissəsində dayanaraq gözləyirlər. Avtobuslar isə sərnişin mindirib-düşürmək üçün yolun istənilən hissəsində dayandığından yolda tıxac yaranır. Qanunu pozan isə əsasən 211, 193 və 194 saylı marşrut avtobuslarının sürücüləridir. "Xəzər Xəbər" daha əvvəl işıqlandırdığı problemin üzərinə həll olunmadığı üçün yenidən qayıtdı. Yasamal rayonu Bakı dairəvi yolunun Əsəd Əhmədov küçəsi ilə kəsişməsində bu təhlükəli mənzərə hələ də aradan qaldırılmayıb. Sərnişinlər deyirlər ki, bu, onların həyatları üçün təhlükəli olsa da, evlərinə gedib-gəlmək üçün ərazidəki ensiz beton plitənin üzərində dayanmağa məcburdurlar. Avtobus sürücüləri isə çəkilişi görüb dərhal ərazidən uzaqlaşmağa çalışdılar.
Problemlə bağlı Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev bildirdi ki, həmin ərazidə mövcud yol infrastrukturu dayanacaq məntəqəsinin təşkili imkanlarını məhdudlaşdırır. Lakin Agentlik tərəfindən daşıyıcılara həmin yerlərdə avtobusları saxlamamaları barədə dəfələrlə xəbərdarlıq edilib. Mais Ağayevin sözlərinə görə, şikayətlər əsasında həmin ərazidə avtobus saxlayan bir neçə sürücü cəzalandırılıb və işlər bundan sonra da davam etdiriləcək. Bununla belə, Agentlik rəsmisi sərnişinlərə də həmin ərazidən dayanacaq kimi istifadə etməməyi tövsiyə etdi.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












