Bakıda yoxa çıxan və ölüm saçan piyada zolaqları... - VİDEO - FOTO

Hazırda Bakıda və ətraf ərazilərdə avtomobil yollarında piyada keçidi zolaqları var. Ancaq onların əksəriyyəti, demək olar, görünməz haldadır və ya tamamilə gözdən itib. Təbii ki, bu da haqlı narazılığa səbəb olur. Adətən, mərkəzdə belə hallar olanda həmin zolaqlar qısa müddətdə rənglənir. Ancaq şəhər ətrafında paytaxtın mərkəzi hissəsi ilə müqayisədə silinən piyada zolaqları daha çoxdur. Əlbəttə, bu da yollarda bədbəxt hadisələrin baş verməsinə və sürücülərin cərimələnməsinə səbəb olur. Bəs sözügedən problemi necə həll etmək olar?
Nəqliyyat sahəsi üzrə ekspert Elməddin Muradlı “Report”a açıqlamasında bildirib ki, rəngi solan və ya silinən piyada zolaqları məsələsi çox aktualdır və belə zolaqlar potensial qəza mənbəyidir: “Bu gün nəinki Bakıətrafı qəsəbələrdə, hətta şəhərin özündə belə həmin zolaqların silindiyinin şahidi oluruq. Doğrudur, mərkəzdə belə zolaqlar mütəmadi olaraq rənglənir, amma ətraf ərazilərdə biz bunu görmürük. Bakıətrafı qəsəbələrdə bu məsələ bir qədər diqqətdən kənarda qalıb. Əvvəllər bu boyaların tərkibinə fosfor, şüşə tozu, alüminium qırıntıları və digər kimyəvi maddələr qatırdılar. Axşam saatlarında avtomobillərin işığında piyada keçidi işıq saçırdı və görünürdü. Nəticədə sürücü piyada keçidini görüb sürəti azaldırdı. İndi isə piyada keçidlərində bu effekti cəmi bir ay görə bilərsən”.

Onun sözlərinə görə, paytaxtın bəzi küçələrində piyada keçidlərinin yeri düzgün müəyyənləşməyib: "Bəzi ünvanlarda zolaq var, amma nişan qoyulmayıb, bəzilərində zolaqlar silinərək görünməz hala düşüb. Mircəlal küçəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yenicə təmir edilməsinə baxmayaraq, hazırda həmin ərazidə vəziyyət olduqca acınacaqlıdır. Əvvəldən piyada zolağının mövcudluğuna baxmayaraq, 30 metr sonra daha bir piyada zolağı çəkilib və əvvəlkini silməyiblər. Belədə sürücü ilə piyada arasında müəyyən gərgin anların yaşanmasına səbəb olur. Sürücülər də deyir ki, zolağın silinməsi onlarla piyadalar arasında mübahisəyə səbəb olur. Piyada "yol mənimdir" deyib yolu keçir, biz isə yolda zolaq görmədiyimiz üçün piyadaya yol vermək istəmirik. Nəticədə də qəza şəraiti yaranır, hətta piyada vurulması riskini artırır".

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev “Report”a deyib ki, paytaxtın küçə-yol şəbəkəsində mövcud eyni səviyyəli piyada keçidlərinin, yəni zolaqların yenilənməsi işləri mütəmadi olaraq aparılır: "Bu, bəzi hallarda vətəndaş müraciətləri, bəzi hallarda isə əməkdaşlarımızın apardığı monitorinqlər əsasında zolaqların silinməsi ilə bağlı aşkarlanan hallar aradan qaldırılır. Ötən dövr ərzində 1400 piyada zolağı çəkilib. Onlardan artıq mini yenilənib. Təkcə sentyabr ayında yüzdən artıq məktəbin qarşısında piyada zolaqları yenilənib".
Onun sözlərinə görə, yaxın gələcəkdə paytaxtın daha çox risk qrupuna daxil olan küçələrində Avropa ölkələrində geniş tətbiq olunan 3D formatlı piyada zolaqlarından istifadə edilməsi nəzərdə tutulur: "3D formatlı piyada zolaqlarının bütün küçələrdə istifadə edilməsi hələlik mümkün deyil. Daha çox risk qrupuna daxil olan və piyadaların kütləvi istifadə etdiyi küçələr var, onlar da təhlillərlə müəyyənləşdiriləcək. Bundan sonra 3D formatlı piyada zolaqlarından istifadə edilməsi planlaşdırılacaq".
Qeyd edək ki, qaydalara görə, piyada zolaqlarının rəngləmə işləri magistral yollarda hər 5-6 aydan bir, şəhərdaxili yollarda isə 2-3 aydan bir intensivliyə görə yenidən rənglənməlidir.
Xəstə uşaq fotoları ilə pul toplayanlar - Xeyriyyəçilik adı altında böyük fırıldaq
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO











