“Bakıdan Gəncəyə 3 saata çatıram, radara düşmürəm” deyən sürücülərin QƏNİMİ

Yazarlar 15 İyul 2021 22:23 Oxunub 25446
“Bakıdan Gəncəyə 3 saata çatıram, radara düşmürəm” deyən sürücülərin QƏNİMİ
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücülərin aldada bilmədiyi radar

Bu halla yəqin rastlaşmısınız: yolu yaxşı tanıyan sürücülər radara çatdıqda sürəti kəskin azaldır və cərimələnmək təhlükəsi sovuşur. Radarı keçəndən sonra isə türk mahnısında deyildiyi kimi “kim tutar səni bas qaza”. Lakin bunun da sonu gəlir.

Avtosfer.az bildirir ki, Avropa ölkələrindəki yeni nəsil radarlar avtomobili tanıma sistemi ilə təchiz edilib. Bunlara “orta sürət radarı” deyilir (bizdə “ağıllı radar” termini qəbul olunub və düzdür). Bəs bu texnikanın iş prinsipi necədir?

A məntəqəsindəki radar avtomobili tanıyaraq məlumatı B məntəqəsindəki radara ötürür. Bu zaman A radarı avtomobilin sürəti normadan çox deyilsə, sürəti qeydə almır (buna ehtiyac da yoxdur). Avtomobil B məntəqəsindəki radara çatdıqda onun bir nöqtədən digərinə getmək üçün sərf ertdiyi zaman hesablanaraq orta sürət çıxarılır. Yəni, klassik mexanikadakı sürət = yol/zaman (v=s/t) düsturu polisin köməyinə gəlir.

Misal: sürücü maksimal sürət 80 km/saat olan yolda birinci radarın altından 50 km/saat sürətlə keçdikdən sonra sürəti 150 km/saata qaldırır. İkinci radara yaxınlaşdıqda sürəti anidən yarıbayarı endirərək digər nəqliyyat vasitələri üçün qəza şəraiti yaradır. Artıq bu fənd fayda verməyəcək. 5-ci sinifin fizika dərsliyində olan sadə bir düstürün İKT-yə inteqrasiyası sürücü “uzaqgörənliyinin” qarşısını almağa kifayət edir. Yəni, maksimal sürət 90 km/saat olan yolda cərimələnməmək üçün sürət rejiminə tək radarın qarşısında deyil, bütün yol boyu riayət etmək lazımdır.

Lüksemburq təcrübəsi: 2586 kvadrat kilometr (təxminən Abşeron yarımadası boyda) ərazisi olan Lüksemburq hersoqluğunda ikinci “ağıllı radar”ın test rejimində işə başlayıb. Birinci radarın istismara verilməsi ilə ötən il sürət həddinin aşılmasından irəli gələn qəzalar 21% azalıb. Yeri gəlmişkən, hersoqluğun ərazisində ötən il avtomobil qəzalarında cəmi 26 nəfər həyatını itirib. Bəs Bakıda?

 

Vüqar Yaşaroğlu

ŞƏRH YAZ
Ad

E-mail

Şərh