Bakını “iflic” edən tıxaclar BAŞLAYIR - Nə etmək lazımdır?

Hər il minlərlə tələbə təhsil almaq üçün rayonlardan Bakıya gəlir. Ancaq regionlar da iş yerlərinin sayı az olduğu, hətta bəzi sahələr üzrə ümumiyyətlə olmadığı üçün onlar oxuyub-bitirdikdən sonra rayonlara qayıda bilmirlər və Bakıda qalırlar. Tədris ili başladıqdan sonra isə Bakıdakı sıxlığa, tıxaclara bir daha şahid olacağıq. Əlbəttə, hər il minlərlə insanın şəhərə axını bu sıxlığı daha da artıracaq.
Bəs bu gedişlə 5-10 il sonra Bakıdakı demoqrafik vəziyyət necə olacaq? Bakı “iflic” ola bilər?
Avtosfer.az xəbər verir ki, "Bizim.Media" mövzuyla bağlı deputat Fazil Mustafanın fikirlərini öyrənib.
Deputat bildirib ki, hələ də Bakıdakı tıxaclarla, demoqrafik məsələrlə bağlı müzakirələr aktuallaşmayıb, halbuki bu hazırda ən böyük problemlərdən biridir.
“Müvafiq qurumlar bu müzakirəni vacib məsələ kimi görməli, ictimaiyyətdən gələn təklifləri, təşəbbüsləri qiymətləndirməlidirlər”.
Millət vəkili bildirib ki, Bakıdakı sıxlığın azaldılması üçün rayonlarda əmək bazarı inkişaf etdirilməlidir.
“Bu istiqamətdə işlər görülür. Ancaq bu yenə də Bakıdakı vəziyyəti yüngülləşdirmir. Sistemli şəkildə Bakıdan bölgələrə geri dönüşü, orada daha yaxşı yaşayışı təmin etməliyik. Hər hansı inzibati qaydada boşalma, pasport qeydiyyatına almamaqla insanları uzaqlaşdırmağı düşünsək, nəticə olmayacaq. Regionlarda şərait yaratmalıyıq ki, insanlar özləri həvəslənib, sevə-sevə işləməyə getsinlər”, - deyə Fazil Mustafa qeyd edib.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












