Bakının tıxacları insanların ömrünü "yedi": Ekspert həll yolunu açıqladı

Hər gün minlərlə insan şəhərdə gün ərzində müəyyən istiqamətlərə hərəkət edir. Bakıda hərəkətdə problem yaradan amillərdən biri də məhz tıxacdır. Tıxac əsasən iş saatı başlayanda və bitəndə müşahidə olunur.
Bəs Bakının hansı küçə və prospektlərində daha çox tıxac olur? Tıxacın olmasına səbəb nədir və bunun qarşısı necə alına bilər?
Bu problemlə bağlı sitat.info-ya açıqlama verən nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, Bakının artıq müəyyən istiqamətlərində tıxac ənənə halını alıb.

"Bakının bir çox küçə və prospektləri var ki, həmin küçələrdə mütləq tıxac olmalıdır və olur da. Moskva prospektini nəzərdə tutsaq, Bakı-Sumqayıt istiqamətində səhərlər şəhərə, axşamlar Sumqayıt istiqamətində Xırdalan dairəsinə qədər dəhşətli tıxac yaranır. 20 Yanvar, Koroğlu metrostansiyası ətrafı, Qara Qarayev prospekti tıxac olan ərazilər siyahısındadır. Babək prospektində əvvəllər tıxac müşahidə olunurdu, amma təmir işləri aparılandan sonra tıxacı azalda bildilər.
Daha sonra 8 Noyabr prospektinin müəyyən hissələrində tıxac yaranır".
E.Muradlı vurğuladı ki, hərəkətin təşkilində ciddi səhvə yol verildikdən sonra Neftçilər prospekti , Mikayıl Useynov küçəsində ciddi tıxac müşahidə olunur: "Buna səbəb Əl Oyunları Sarayının qarşısında işıqforun qoyulmasıdır. İşıqfor qoyulması Bayraq Meydanına kimi dəhşətli tıxacın yaranmasına səbəb oldu. Bu səhvi etdiklərini özləri bilirlər. Çox təəssüf ki, qarşısını da almırlar. Küçələr getdikcə nəqliyyat yükünü götürməkdə çətinlik çəkir. Bu küçələri genişləndirmək də mümkün deyil çünki, hər tərəfi tikilidən ibarətdir".
Nəqliyyat ekspertinin fikrincə, tıxacın qarşısını almaq üçün ictimai nəqliyyatı gücləndirmək lazımdır: "Bu yolları genişləndirmək üçün söküntü işləri aparılmalıdır, bu da milyardlarla pul deməkdir. Onun yerinə bu milyardları nəqliyyatın inkişafına yönəltsək bu problemlər qismən azalacaq. Bakı-Sumqayıt yolunda tıxacı "manatlıq taksilər" və yaxud Sumqayıtdan Bakıya işləməyə gələn insanlar yaradır. Onlar elə də böyük maaş almırlar ki, öz şəxsi maşınları ilə gedib gəlsinlər. Sadəcə ictimai nəqliyyat normal işləmir deyə, məcbur qalaraq maşın alıblar və bu maşının gündəlik xərclərini ödəmək üçün həm gələndə, həm də qayıdanda yoldan adam götürürlər. Bununla da yanacaq pulunu çıxarırlar.
Sumqayıtdan Bakıya metro , tramvay və çox sayda digər ictimai nəqliyyat olsa, o zaman heç bir problem yaranmaz. İnsanlar ictimai nəqliyyatla rahat şəkildə gəlib, öz işlərinə həll edib qayıda bilərlər .
Bu gün inanın ki, avtomobil alanların 20-30 faizi ictimai nəqliyyatda rahatlıq tapa bilmədiyi üçün buna məcbur olub. Bu tıxacların qarşısını almaq üçün sistemli plan qurulmalıdır. Əsas plan isə ictimai nəqliyyatı gücləndirmək olmalıdır".
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












