Reklam

Bakının üstü boş, altı tıxac körpüləri - Ekspert rəyi

Yazarlar 28 Yanvar 2019 14:24 Oxunub 3583
Bakının üstü boş, altı tıxac körpüləri - Ekspert rəyi
WhatsApp kanalımıza abunə ola bilərsiniz
İlkin layihə çox bərbad vəziyyətdə idi

Xəbər verildiyi kimi Beynəlxalq Avtovağzaldan Xırdalan dairəsinə kimi olan yolda hər gün tıxac yaranır. Bu da sürücülərin və çoxsaylı sərnişinlərin narazılığa səbəb olur. Məsələnin həlli yolları ilə bağlı ekspert Elməddin Muradlı ilə əlaqə saxladıq. Aznews.az-a verdiyi açıqlamasında ekspert əvvəldən həmin yolun layihəsinin düzgün verilmədiyini deyib.

“Avtovağzaldan Xırdalan dairəsinə kimi olan yolda demək olar ki, bütün işlər əcaib formada görülür, sonra yavaş-yavaş təkmilləşdirilir. Əvvəllər qeyr-adi formada tikinti işləri aparıldı, sonradan isə başa düşüldü ki, bu, çox təhlükəlidir. Məsələn, deyək, yol kənarlarında təpəciklər yaratdılar, ağac əkdilər, sonra, ortada tikinti işləri getdi, dəmir arakəsmələri sökdülər, bütövləşdirdilər. Həmin dəmir arakəsmələr söküləndən sonra yolu bir az genişləndirmək imkanı oldu. Bu, yaxşı haldır. Amma görünən o yaxşı işlər Xırdalan dairəsinədək oldu. Niyə davamı gəlmədi? Oradək olan yol 6-7 zolaqlıdır. Həmin bu zolaqlar çərçivəsində hərəkət edən nəqliyyat vasitələri 2 zolaqlı yolda körpünün altı ilə getməli olur. Bunu əvvəlcədən tikənlər, ideanı verənlər o qədər dar çərçivədən yanaşıblar ki, indi belə vəziyyət yaranıb”.

Ekspert qeyd edib ki, orada körpünün sökülüb yenidən tikilməsi məsələsi də var:

"Ola bilər ki, körpünü 5 zolaqlı birbaşa hərəkət ilə tənzimləmək olar. Heç olmasa, bu 6 zolağın bir hissəsi Sulutəpə qəsəbəsinə dönər, bir hissəsi Dövlət Yol Polisi istiqamətinə tərəf gedər, qalan əksəriyyəti düz hərəkət edər.

O baxımdan əsas üstünlük haradadırsa, həmin istiqamət üzrə nəqliyyatın hərəkəti intensiv, təhlükəsiz olmalıdır. Yol hərəkəti haqqında qanunun 7-ci maddəsində qeyd olunur ki, sürücünün rahat və təhlükəsiz yollardan istifadə etmək hüququ var və bu hüquqlar həm də onlara imkan verir ki, yol təsərrüfatının nasazlığı ucbatından dəymiş zərərə görə onlara mülki iddia qaldırsınlar. Həmin vətəndaşlar kütləvi şəkildə yığışaraq aidiyyatı qurumdan təzminat da ala bilərlər.

Həmin istiqamət üzrə tutarlı bir layihə verib, hansısa formada həyata keçirmək lazımdır. İlkin layihə çox bərbad vəziyyətdə idi.

20 Yanvardan körpüyə daxil olub, sağa, Şamaxinka istiqamətinə getmək üçün ya tunel, ya da yerüstü körpü vasitəsi ilə bir qanad atmaq olardı. Məsələn, Tbilisi prospekti ilə hərəkət edən insanlar 20 Yanvar dairəsinə daxil olmadan Şamaxinkaya dönə bilsin. Bunu etmədilər. Hazırda körpünün üstü boş, alt hissəsi isə tıxacdır”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh