Sığortanın qorxusundan yolda qalan sürücülər: Qəza zamanı sürücü nə etməlidir?

Paytaxtda baş verən yüngül nəqliyyat hadisələri zamanı sürücülər dayanma-durma qaydalarına düzgün əməl etmirlər. İki avtomobil bir-biri ilə toqquşarkən sürücülərin saatlarla polisi və sığorta şirkətini yolun ortasında gözləməsi tez-tez ciddi tıxacların yaranmasına səbəb olur. Bu barədə Axar.az-ın sorğusunu cavablandıran nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirib ki, bəzi sürücülər qaydaları bildikləri halda buna əməl etmirlər. “Yol nəqliyyat hadisəsi baş verirsə, qanunun tələbinə əsasən, sürücü digər hərəkət iştirakçılarına mane olmamaq üçün avtomobili kənara çəkməlidir. Sadəcə olaraq, sığorta şirkətləri sürücülərə o qədər problem yaradırlar ki, sürücülər bunun qorxusundan avtomobili qəza yerindən tərpətmirlər. Qanunvericilikdə göstərilir ki, sürücülər öz aralarında razılığa gələrək qəzanın ilkin səbəbini müəyyənləşdirməlidirlər. Qanuna görə, yüngül qəzalarda sürücülərdən hadisənin sxemini çəkmək və yaxınlıqdakı yol polisi şöbəsinə müraciət etmək tələb olunur. Nəzərə almalıyıq ki, bütün sürücülərimiz sxem çəkməyi bacarmır. Bu səbəbdən onlar hadisə yerinin foto-videosunu çəkə bilərlər. Belə halda yolun ortasında dayanıb tıxac yaratmağa ehtiyac qalmaz. Bu barədə təklifimizi də aidiyyəti üzrə vermişik. Milli Məclisdə Hüquq siyasəti və dövlət quruculuğu komitəsində məsələyə baxılmalıdır”, - ekspert deyib.
E.Muradlı bildirib ki, əvvəlcə sığortanın qorxusu sürücülərdən götürülməlidir:
“Sığorta şirkətləri özlərinə aid olmayan işlərə də qarışırlar. Polis öhdəsinə düşən işi sürücülərin təqdim etdiyi materiallar əsasında görəndən sonra Forma-4 arayışını İcbari Sığorta Bürosunun mərkəzi sisteminə yerləşdirir. Bu səbəbdən sığorta agentinin hadisə yerinə gəlməyinə ehtiyac yoxdur. Zəhmət çəkib, arayışı sistemdən götürməlidir. Görüntüləri sürücülər fərdi qaydada da çəkib göndərə bilərlər”.
O bildirib ki, sığorta agentləri özlərini bəzən polisdən üstün tutmağa çalışırlar:
“Mütləq polis kimi hadisə yerinə gəlib izahat alırlar. Sən sığorta agentisən. Polisin təqdim etdiyi rəsmi sənədlər əsasında öz işini görməlisən. Bəzən kiçik hadisələr zamanı əraziyə o qədər adam yığılır ki, yoldan keçən avtomobillər onlara xəsarət yetirir. Yüngül hadisə daha ağır fəsadlar törədir. Bu halların qarşısını almaq üçün YOL hərəkəti Haqqında qanunun müddəaları sürücülərə izah olunmalı, təbliğat aparılmalıdır”.
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?
Azərbaycanın hava məkanı üzərindən tranzit uçuşlar 360 faiz artıb - FOTO
Bakı-Sumqayıt yolunda hərəkət daha rahat olacaq - Ekspert DANIŞDI
“BakuBus”da 205 saylı marşrut ləkəsi, 72 saylı marşrut sürücülərinin dərəbəyliyi
İşıqlandırılmayan yollar və ya qaranlıqda baş verən qəzalar niyə artır?
Göydələn sakinlərinin yerdə maşın saxlama dərdi
Qarlı havada baş verən qəzada zərəri kim ödəyir?
Moped sürücülərinə VACİB XƏBƏR: Qeydiyyat və sürücülük vəsiqəsi tələb olunacaq
Yerüstü nəqliyyat metrodan daha cəlbedicidir - Səbəb NƏDİR?










