Reklam

Bəzi məmur-oliqarxlar piyada səkilərində belə binalar tikiblər - EKSPERT

Yazarlar 17 Fevral 2021 14:59 Oxunub 1656
Bəzi məmur-oliqarxlar piyada səkilərində belə binalar tikiblər - EKSPERT
WhatsApp kanalımıza abunə ola bilərsiniz
“Məmurlar səkilərdəki 100 minlik obyektini dövlətə 1 milyona satmaq istəyir”

Tıxaclar Bakının ən böyük problemlərindən biridir. Dünya təcrübəsində də əhali sayı bir neçə milyon olan şəhərlərdə tıxaclar qaçılmaz olur. Lakin bir sıra ölkələr xüsusi şəhərsalma proqramı hazırlayaraq, maksimum dərəcədə tıxacları azaltmağa çalışır. Paytaxt Bakıda da tıxacların aradan qaldırılması üçün körpülər inşa edilir, müxtəlif layihələr hazırlanır. Ancaq ortada çox da dəyişən bir nəticə görünmür. Hazırda da pandemiya ilə əlaqədar, metroların işləməməsi bu problemi daha da qabardır. Mslən, dünən axşam saatlaırnda Bakı bir neçə saat “tıxacda qalıb”.

Metro stansiyaları, xüsusilə “28 May”, “Elmlər Akademiyas” metrostansiyalarının qarşısındakı dayanacaqlarda yüzlərlə insan uzun müddət tıxacda qalan avtobusları gözləyib. Bakı Nəqəliyyat Agentliyi sıxlıq olduğuna dair məlumat yayıb, ancaq şahidlər bunun sıxlıq yox, böyük tıxac olduğunu bildirib.

Hətta “Elmlər Akademiyası” metrostansiyasının qarşısında avtobus gözləyən sərnişinlərin sayı o qədər artıb ki, dayanacaq, ətraf ərazi kifayət etməyib və yol bağlanıb.

Bakıda bu tıxaclardan qurtulmağın yolu varmı?

Bu barədə Cebhe.info-ya açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı bildirir ki, hazırkı vəziyyətdə yolların genişləndirilməsi mümkün kimi görünmür:

“Tıxaclar Bakının alnına yazılıb. Bunu da həll etmək çətindir. Çünki bəzi məmur və oliqarxlar yolların əsas hərəkət hissəsində, yaşıllıq hissələrdə, hətta piyada səkilərində belə binalar tikiblər. Onların bu əməlləri nəticəsində bu gün istəsək də, o yolların genişləndirilməsi mümkün olmur. Vəziyyətdən çıxmaq üçün yeni planlar ortaya qoyulmalıdır. Prezident İlham Əliyev Bakının Baş Planının hazırlanması ilə bağlı qərar verib. Mən o planla tanış olmuşam və orada ümidverici məqamlar var. Bu, eyni zamanda çox böyük vəsait və vaxt tələb edir. Məsələn, bir məmur hansısa binanın tikilməsinə 100 min manat pul xərcləyib, ancaq dövlət oradakı sahibkaralara yaxınlaşanda ki, bura plana düşüb, sökəcəyik, həmin insanlar 1 milyon manata oranı satmaq istəyirlər. Görürsünüzmü, hansısa rüşvətxor məmurun 100 minlik sevdası dövlətə 1 milyon manata başa gəlir. Problemin çözülməsinə imkan verməyən, çətinliyə salan məqamlardan biri elə budur”.

Ekspert Bakının yeni Baş Planından da bəhs edib: “Yeni layihəyə əsasən, deyək ki, siz Bakının kəndlərinə getmək istəyirinizsə, mərkəzə daxil olmadan bunu edə biləcəksiniz. Bu kimi problemləri aradan qaldırmaq üçün dairəvi yolların çəkilməsi nəzərdə tutulub. Mən düşünürəm ki, məsələnin həlli yollarından biri də bu sistemin bir mərkəzdən idarə olunmasıdır. Bizdə yolçəkən başqa, nişanları qoyan başqa, avtobuslara baxan başqa idarələrdir. Bunların da heç biri koordinasiyalı şəkildə işləmir”.

ŞƏRH YAZ
Ad

E-mail

Şərh