Bir neçə ay əvvəl aldığı maşınında öldü - FOTOLAR
Yazarlar
17 İyul 2019 14:59

Sürücü uşağı vurmamaq üçün maşını sağa çəkib və ağaca çırpılıb
Dünən Şəmkir rayonunda baş verən qəzada 21 yaşlı gənc vəfat edib. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə rayonun Çaparlı kəndində baş verib. Kənd sakini, 1998-ci il təvəllüdlü Kazım Hüseynovun bir neçə ay öncə aldığı Rusiya nömrəli “VAZ 21074” markalı maşını dostu və həmyaşıdı Rəşad Sadıqov idarə edirmiş. K.Hüseynov isə qabaq oturacaqda oturubmuş. Kazımgilin evlərinə yaxın ərazidə yolda maşının qarşısına velosiped sürən uşaq çıxıb. Bu zaman sürücü uşağı vurmamaq üçün maşını sağa çəkib və ağaca çırpılıb. Nəticədə K.Hüseynov vəfat edib, sürücü R.Sadıqov və arxada oturan sərnişin, Kazımın dostu Fərid Mərdanov ağır xəsarət alıb. Onların hər ikisinin Gəncə xəstəxanasında komada olduğu bildirilir.
K.Hüseynov evin tək oğludur, iki bacısı var. O, Gəncə şəhərində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetində təhsil alırmış. Bu il 3-cü kursu bitirib.
İşi ilə bağlı Sankt-Peterburqda yaşayan mərhumun atası bu gün Azərbaycana gələcək. Kazım Hüseynovun yaxınları da dəfn üçün atanın gəlişini gözləyirlər.




Oxunub : 4820
DİGƏR XƏBƏRLƏR
12 Noyabr 2026 16:23
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
11 Noyabr 2026 15:53
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
4 Noyabr 2026 17:16
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
28 Oktyabr 2026 15:48
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
26 Oktyabr 2026 15:18
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
26 Oktyabr 2026 12:18
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
19 Oktyabr 2026 16:24
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
13 Oktyabr 2026 16:48
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
30 Sentyabr 2026 17:09
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
23 Sentyabr 2026 21:55
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
4 Avqust 2026 17:09
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı
29 İyul 2026 15:18
Gündüz fənərlə gəzən şəkililər - FOTOLAR
ŞƏRH YAZ












