Boş yer görən kimi “dürtülmək” xəstəliyi

Bir müddət əvvəl sosial şəbəkələrdə yayılan bir videoda işıqforda dayanan sürücülər əks olunmuşdu. Sürücülər avtomobilləri 3 cərgədə və hər maşının arasında ideal formada məsafə ilə saxlamışdılar ki, adamın lap paxıllığı tuturdu. Elə bil ki, ideal ölçülü meyvəni əl ilə yeşiyə düzmüsən. Yox, bu görüntülər təəssüf ki, Bakıda çəkilməmişdi. Ukraynada idi. Bizdə isə tam əksinədir. İşıqforda dayananda iki avtomobil arasındakı ara məsafəsi az qala mikroskopla görünür. Bununla belə arxadakı sürücü hələ bir “marqat” də edərək “tez ol” işarəsi verir. Maraqlıdır ki, sürücülərin əksəriyyəti tələsir. Amma hara və niyə, bunu bilən yoxdur.
Bir müddət əvvəl dostlarla görüşəcəkdik. Deyim ki, nəsə işimiz də yox idi. Sadəcə oturub çay içib söhbət edəcəkdik. Deyilən vaxtdan cəmi beş dəqiqə keçmişdi. Dostlardan biri zəng elədi ki, “bəs filankəs qəza törədib gəlin ora.” Yaxınlaşanda gördük ki, dostumuz tələsdiyindən qarşı yola çıxıb və qəza baş verib. Soruşanda ki, qardaş, niyə tələsirdin, xəstəxanaya çatacaqdın? Cavab verir ki, vərdiş etmişəm. Bəli, bizdə sürücülərin əksəriyyəti nə evində xəstəsi olduğu üçün, nə hansısa vacib işinə görə deyil, sadəcə vərdiş etdiyi üçün tələsir.
Gələk ara məsafəsinə. Bu isə tələsməyə vərdiş edənlərin əsas və ikinci vərdişidir. Yəni peşman olarsan ki, qarşındakı avtomobillə yarım maşlıq ara məsafəsi saxlayasan. O dəqiqə “evdə xəstəsi olan” biri özünü ora dürtəcək. Bəli, eləcə dürtüləcək. Çünki bunun başqa adı yoxdur. Sağdan və yaxud soldan olmasından asılı olmayaraq iki maşının arasındakı balaca yerə girmək dürtülməkdir. Təəssüf ki, bu xəstəlik çox sürücülərə bulaşıb və müalicə etmək də mümkün deyil. Çünki bunu şəxsin özü öz təfəkküründə müalicə etməlidir. Amma nə fayda ki, ya “əcəb eləmişəm”, ya da “qaqaş, bağşla tələsirəm” prinsipi ilə özlərini ovudurlar. Qəza baş verəndə isə bu dürtülənlərin halını görmə. “Brat, arxadan vurmusan, günah səndədir, ara məsafəsi saxla da” sözləri ilə yol polisinin yanında yaxasını cırır. Amma videoreqistratoru görəndə isə yenə “xəstəsi” yadına düşür.
P.S. Bu adamların özləri xəstədir. Həmişə də elə özlərinin yanına tələsirlər. Bir dəfə isə Əzrayıl onları tələsməyə qoymayacaq.
Orxan Əli
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












