Bu böyük bir qüsurdur- DİQQƏT! - NƏQLİYYAT EKPERTİ BİLDİRDİ

“Təəssüflər olsun ki, Bakıda və Respublikanın digər bölgələrində yağıntı baş verəndə bir sıra problemlər ortaya çıxır”. Bu sözləri nəqliyyat eksperti Elməddin Muradlı bildirib.

Onun sözlərinə görə, bunun nəticəsində işıqforların fəaliyyətində qüsurlar yaranır: “Yəni həm hərəkedici, həm də qadağanedici işıqlar eyni müddətdə yanır. Mən düşünürəm ki, bu məsələrələ bağlı adiyyatı qurumlar ciddi nəzarət mexanizmi həyata keçirməlidirlər. Bu kimi məsələlər həqiqətən də Bakı şəhərin də baş veribsə, böyük qüsurdur. Çünki Bakıda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi var. Həmin mərkəz bütün işıqforlar bu mərkəzdən idarə olunur. Əgər belə hal baş verirsə, o mərkəzdə oturanlar hara baxır və nəyə görə o problemi görüb, vaxtında həll etmirlər. Belə halda məsuliyyətə cəlb olunan sürücülər varsa, adiyyatı üzrə müraciət edib tələb edə bilərlər ki, cərimələr silnsin. Lakin mən inanmıram ki, belə şeyə görə, kiməsə cərimə yazılsın. Ərazidə xidmət edən polis əməkdaşları da belə bir hal yarandığı zaman qurumla əlaqə saxlayıb, yaranmış problemi izah etsinlər. Hazırda Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi təlim-təslim etmə prosesi gedir və Daxili İşlər Nazirliyinə təhvil verilib. O baxımdan düşünürəm ki, belə boşluqlar yaranacaq, lakin yaranmamalıdır. Bildiyim qədəri ilə yol polis əməkdaşları artıq intektual mərkəzdə oturub, nəzarət edirlər. Yaxşı olar ki, daha ciddi nəzarət etsinlər ki, belə qüsurlar ortaya çıxmasın”.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












