Dayanma-durmaya görə yazılan bu cərimələr əsassızdır - Ekspert

Bakı Nəqliyyat Agentliyinin parklanma ilə bağlı yazdığı cərimələrin qanuni əsası yoxdur. Bunu Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib. O bildirib ki, Bakı Nəqliyyaty Agentliyi tərəfindən xüsusi texniki vasitələrlə, yəni kamera vasitəsilə qeydə alınan xətalarheç bir qanuna əsaslanmır. "Çünki, qanunvericilikdə aydın şəkildə göstərilib ki, hansı xətalar kamera, hansı xətalar radarla qeydə alına bilər. Bu prosesdə texniki baxışdan keçmədikdə, təhlükəsizlik kəmərindən istifadə olunmadıqda, yolayrıcını keçmə qaydasını pozduqda və digər hallarda cərimə yazıla bilər. İnzibati Xətalar Məcəlləsinin 124 və 126-cı maddələrində xüsusi texniki vasitələrlə qeydə alına bilən xətaların siyahısı var. Bu siyahıda dayanma durma ilə bağlı hər hansı bir müddəa yoxdur. Ona görə də Bakı Nəqliyyat Agentliyi həmin cərimələri kameralar vasitəsilə qanunsuz tətbiq edib. Qanunsuzluğa qarşı qanunsuz yolla mübarizə aparmaq heç bir nəticə vermir",-deyə E.Muradlı deyib.
Ekspert bildirib ki, bu cür cərimələrlə üzləşən sürücülər məhkəməyə müraciət edərək həmin cərimələri ləğv etdirə bilər.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












