Bu daşıyıcı sərnişinləri istidən “qırır” – BNA nəzarətə götürdü

Artıq bir müddətdir ki, 202 saylı marşrut xətti üzrə işləyən avtobuslar yenilənsə də, kart sistemindən və kondisionerlərdən istifadə edilmir. Sürücülər kondisionerlərin işləməməsini və təmir xərclərinin baha olmasını bəhanə gətirir. Bu da haqlı olaraq sərnişinlərin narazılığına səbəb olur. Avtosfer.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-ın suallarını cavablandıran Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev sözügedən marşrut xəttində kart sisteminin işə salınmadığını deyib. “Ümumiyyətlə, 202 saylı marşrut xətti ilə yanaşı, digər marşrut xətlərində də yenilənmə aparılmasına baxmayaraq, kart sisteminə keçid edilməyib. Bu il ərzində yenilənmiş xətlərdə kart sisteminə keçid baş tutacaq”, - qurum sözçüsü vurğulayıb.
M.Ağayev avtobuslarda kondisionerlərin işlək vəziyyətə olmamasına da münasibət bildirib: “Əgər avtobuslarda kondisioner sistemi varsa, mütləq işlək vəziyyətdə olmalıdır. Kondisioner sisteminin saz vəziyyətdə saxlanılmasına nəzarət etmək daşıyıcıların borcudur”.
M.Ağayev bildirib ki, kondisionerlərlə bağlı duruma görə daşıyıcıya müvafiq göstərişlər veriləcək.
Avropanın siyasi masasında Azərbaycan: Sammit hansı mesajları verəcək? – ŞƏRH
Bakı məhəllələrində yeni təhlükə! - Bir maşın onlarla ailəni çətin vəziyyətdə qoyur - AÇIQLAMA
Payız-qış mövsümündə yollarda təhlükəsizlik: Sürücülər nələrə diqqət etməlidir?
Avtobuslar yenilənir: Gediş haqqı ARTIRILACAQ?
“Siyasi gaslighting” nədir və böyük güclər bundan necə istifadə edir? - RƏY
Rusiyanın Ukraynayla müharibədə silaha olan tələbatı artıb - POLİTOLOQ
Kreditə çıxış çətinləşir - Borclanmanın qarşısını almaq, yoxsa...?
8 yaşlı uşaq ərə verilə bilər - Cəhənnəmə düşməyən qadınlar... YAXIN ŞƏRQ REALLIĞI - FOTO
Bakı və Abşeron arasında sərnişin gəmiləri... - Tıxac probleminin dənizdən həlli mümkündür?
Tərpənmə, amandır, bala, qəflətdən ayılma! – Hüquqşünas məmurları TƏNQİD ETDİ
"Metronun inkişafını istəyiriksə, bu çətinlikləri də qəbul etməliyik" - Elməddin Muradlı












