Bu ölkədə velosipedlə qayda pozuntusuna görə ağır cəzalar var - 270 manatdan başlayır

Şəxsi müşahidələrim zamanı velosipedçilərin dəfələrlə qayda pozduqlarının şahidi olmuşam. Bunu velosipeddən nəqliyyat kimi yox, əyləncə vasitəsi kimi qavrayanlar daha çox edirlər. Qulaqcıqdan istifadə edərək ətrafda baş verənləri qavramayan, özünü dünyadan təcrid edən velosipedçilər isə sürücülər üçün xüsusi problem mənbəyidir. Çoxlarında belə bir fikir formalaşıb ki nömrə nişanı olmayan, sürücülük vəsiqəsi tələb etməyən nəqliyyat vasitəsi ilə hər şey etmək mümkündür. Bu cür düşünənlər öz yerində, bəs bizdən kənarda vəziyyət nə yerdədir?
Velosipeddən gündəlik istifadə edən fransızlar qayda pozuntusu zamanı kifayət qədər cərimə ödəyirlər. Bunlardan bir neçəsinə nəzər salaq.
Piyada səkisinə çıxan və ya qulaqlıqdan, mobil telefondan istifadə edən velosipedçini 135 avro cərimə gözləyir.
12 yaşdan aşağı velosipedçilərin dəbilqəsiz hərəkət etməsi və ya daşınması da eyni məbləğdə cərimə ilə cəzalandırılır.
Bundan başqa, sürət həddini aşma, təhlükəli ötmə, əks istiqamətdə hərəkət, qırmızı işıqda keçmə, nasaz texnikanın istismarı kimi xətaların da cəzası 135 avrodur.
Bahalı şərabları ilə seçilən Fransada çoxları belə zənn edir ki, içkili halda velosiped sürmək olar. Amma belə deyil. Qanda 0.5 promil spirt aşkar edilən velosipedçini 750 avroluq cəza gözləyir. spirt 0.8 promildən yuxarı olduqda cinayət hesab edilir və iş məhkəməyə göndərilir.
Əlbəttə ki bunlar tam siyahı deyil. Dəfələrlə qayda pozaraq polisin qara siyahısına düşən velosipedçiləri bəzi hallarda 3000 avroyadək cərimə gözləyir. Bir sözlə, velosipedçi də sürücü kimi intizamlı olmalı, qaydaları bilməli və əməl etməlidir.
PS. Bəzi ölkələrdə qanda spirtin miqdarının 0.5 promilədək olmasına icazə verilir. Lakin bu, NV-nin içkili vəziyyətdə idarə edilməsinə icazə anlamına gəlmir. Bütün dünyada sürücülərin alkoqoldan istifadəsi qadağandır. Bu barədə növbəti günlərdə.
Vüqar Yaşaroğlu
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











