Bulvar ərazisinin bir hissəsinə gedən taksi sürücülər niyə ödəniş etməlidir? - Bulvar idarəsindən AÇIQLAMA

Dənizkənarı bulvar ərazisinin bir hissəsinə daxil olmaq ödənişlidir. Bu ərazi Bayraq meydanına yaxın olan və şəhərin bir-sıra restoranlarının yeləşdiyi məkandır. Şlaqbaunla bağlanan bu ərazidə pullu dayanacaq olsa da, restoranlara gələn qonaqları gətirən taksi sürücüləri üçün də daxil olmaq ödənişlidir. Bu isə taksi sürücülərin və şəxsi avtomobili olmayan insanların haqlı şikayətlərinə səbəb olub. Sosial şəbəkələrdə qeyd olunan şikayətlərə görə, əraziyə müştərini aparan taksi sürücüləri də əlavə olaraq ödəniş etmək məcburiyyətində qalır.
“Qanunvericilikdə nəzərdə tutulduğu kimi 15 dəqiqə giriş-çıxış üçün vaxt verilməlidir. Ticarət mərkəzlərində, bulvarda , hava limanında və s. kimi yerlərdə taksilərin giriş- çıxışı sərbəst olmalıdır”.
Bu sözləri sözügedən məsələ ilə bağlı Nəqliyyat eksperti Elməddin Muradlı Ednews-a açılamasında bildirib.
“Ola bilər ki, həmin yerlərdə kimsə öz yaxınını yanına çağırır. Bundan ötrü həmin şəxsin giriş-çıxışı üçün ödəniş almaq sadəcə olaraq vicdansızlıqdır. Bu pula görə bütün insanlığı, qayda-qanunları çeynəməkdir. Bulvar İdarəsi biabırçı bir yanaşma nümayiş etdirir. Lap əgər belədirsə, bu qədər məbləğ yığılırsa bu pullar hara gedir. Yağışlı havada gəzmək olmur. Bütün döşəmələrin altı gölə çevrilir. Ayağını daşın üstünə qoyanda hər tərəfə su sıçrayır”.
Ekspertin sözlərinə görə keçmiş Dənizkənarı Bulvar İdarəsinin rəhbərliyi orada bir daş sınanda bütün heyət tökülüb təmir işləri aparırdı.
“İndikilər ancaq pul yığmaqla məşğuldurlar. Bu özbaşınalıqdır, qanunlara qarşı hayqırıdır. Ölkədə qayda-qanun varsa 15 dəqiqəlik ödənişsiz müddət hər kəsə aiddir”.
Dövlət Dənizkənarı Bulvar İdarəsinin mətbuat katibi Könül İmamverdiyeva açıqlamasında bildirib ki, orada parkinq edənlər 2 manat ödəniş edirlər.
“Amma taksi sürücülərinin müştərini düşürməsinə görə bizim əməkdaşlarımız tərəfindən ödənişin alınması məlumatı tamamilə yanlışdır”.
Loqistika və daşıyıcı şirkətlərin fəaliyyətlərində canlanma müşahidə olunur - RƏY
Ölümlə nəticələnən çağırışlar - Qəzalara səbəb nədir? - VİDEO
Velosiped və skuter zolaqlarının salınması tıxacların … - VİDEO
Sərxoş halda yola uzanan şəxsi maşın vurubsa sürücüyə niyə cinayət işi açılır? – Ekspertdən AÇIQLAMA
Paytaxtda tıxac probleminin həlli - Mərkəzdə avtomobil parkının məhdudlaşdırılması ... - Memar
Bakıda tıxacı azalda bilən təklif - Bu effektiv ola bilər
Yalançının evi yandı, heç kim inanmadı: Məsuliyyətsizlik, yoxsa təxribat? - FOTOLAR
Bayılda avtovağzal inşa olunsun? - AÇIQLAMA
Yol çökür, körpü uçur, sürücü ölür, amma “Azəravtoyol” “yaxşı” işləyir
"Piyadavurma hadisələrində bir sürücü də salamat çıxmır" - Elməddin Muradlı - VİDEO
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...











