Cinayətkar rejimin siyasəti Azərbaycanı haqq savaşa məcbur etdi

Ermənistanın həm daxili, həm də xarici siyasəti, Qarabağ probleminin danışıqlar yolu ilə həllini sıfıra bərabər etmişdi. Bu, obyektiv bir faktdır ki, düşmən ölkənin rəsmi nümayəndələri bütün varlıqları ilə uzun müddət ərzində provokasiya tipli hərəkətlər edirdi. Bu isə Azərbaycan xalqının səbr kasasını daşırmışdı. Ermənistanın baş naziri Azərbaycanın tarixi torpağında yallı gedərkən və “Qarabağ Ermənistanındı, nöqtə” deyərkən, Azərbaycan xalqının heysiyyatına toxundu və beynəlxalq hüquqa zidd olaraq meydan oxudu. Proseslərin bu məcraya gəlməsinə həmçinin, dünyada Azərbaycana qarşı aparılan, ikili standartlar siyasəti də böyük rol oynadı. Belə ki, dövlətimiz həm də bu ikili standartlara qarşı davamlı mübarizə aparmağa məcbur olmuşdu. Dünya birliyi sanki kor və kar olmuşdu. Dünyanın nüfuzlu qurumları sanki Azərbaycanı aldatmaqla məşğul idilər. Bu qurumlar erməni lobbisinin təsirinə və ermənilərin informasiya saxtakarlıqları ilə dolu “hücumlarına” məruz qalaraq, ədalətin Azərbaycan tərəfində olduğunu sanki eşitmək və görmək istəmirdi. Amma biz Ali Baş Komandanın rəhbərliyi ilə haqq savaşında qalib gəldik. Qələbəmizlə sadəcə ermənilərin üzərində qələbə qazanmadıq, Biz, qələbəmizlə bu qurumların haqsız hərəkətlərinə cavab verdik. Çünki bəzi mənşəyi bilinməyən qüvvələr bu illər ərzində Ermənistanı sülhə deyil, əksinə silahlandırmaqla müharibəyə hazırlayırdılar. Gizlin deyil ki, bəzi ölkələr Ermənistanı hətta Vətən Müharibəsinin sonuncu gününə kimi ödənişsiz silah-sursatla təmin etdilər. Amma Azərbaycan əsgəri bütün bunlara baxmayaraq, düşmənin və düşmənə dəstək olan, bütün qüvvələrin belini qırdı. Ancaq gözəl başa düşürük ki, rahatlanmaq olmaz! Azərbaycanın Silahlı Qüvvələrini daha da güclü inkişaf etdirmək lazımdır! Çünki bu zamanın və mövcud reallığın tələbləridir. Düşmən tərəfdə revanşist ideyalarla yaşayan bəzi qüvvələr Müzəffər Ordumuzun gücünü, qüdrətini 44 gün ərzində çox aydın gördü. Bir vətəndaş kimi əminəm ki, Azərbaycan Dövləti igid və qəhraman oğlullarının canı və qanı bahasına azad olunmuş torpaqlarını bir daha yad əllərə verməmək naminə, düşmənə hər zaman layiqli cavab vermək qüdrətindədir.
Mehnətov Rəşad Siyasət oğlu
Vətən Müharibəsi iştirakçısı, ehtiyatda olan hərbi qulluqçu.
"Hələ də vətəndaşa bir insan kimi yox, 50-60 qəpik məbləğində pul kimi baxırlar" - Nəqliyyat eksperti
Nömrəsiz və qeydiyyatsız motosikllərə qarşı sərt tədbirlər tələb olunur
Bakıda yeni iş qrafiki: Tıxac problemi həll olacaq?
Assosiasiya rəbəri: Bəsdir bizi aldatdınız
Yollarda hər dəfə 5 sm-ə göz yumulsa nə baş verər?
Bakının bu küçəsində minib-düşmə yeri var, amma ora girmək olmur - Təlimçi etiraz etdi, AYNA cavab verdi - VİDEO
“Metropoliten” ətrafında növbəti QALMAQAL: İnsanlar şəhərə gəlməsin?
Bakının mərkəzinə giriş bağlanır - Bu tarixlərdə sükan arxasına əyləşməyin!
"Milli namus məsələsi" - "Şantaj çetesi" belə ifşa olundu - VİDEO
Üzərlik: Mistik inanc, yoxsa narkotik vasitə? – Rusiyada qadağan edilən bitkinin sirri
Bakıda avtobus və metroda gediş haqları məsafəyə görə təyin olunacaq?










